thumb On iki imam şiəliyi və ya İsna əşəriyyə () — İslam dinində, Şiəlikdə əqidə. On iki imam şiəliyi əqidəli məzhəblər On iki imam şiəliyi, İmamilik və ya Cəfərilik, Ələvilik, Nüseyrilər, Qələndərilik, Nemətullahiyyə, Qızılbaşlar, Bəktaşilik kimi məzhəblər daxildir. On iki imam şiəliyinin tərəfdarları 12 imamı Əli ibn Əbu Talibin soyundan kimi qəbul edir və İmam Mehdinin Allahın əmri ilə qeybə çəkilərək gələcəkdə zühur edəcəyinə inanırlar.Təbatəbai (1979), səh. 211–214
İmamların imamlıq illəri Əli ibn Əbu Talib — 632-661 (29 il) Həsən ibn Əli — 661-670 (9 il) Hüseyn ibn Əli — 670-680 (10 il) Əli ibn Hüseyn — 680-712 (32 il) Məhəmməd ibn Əli — 712-732 (20 il) Cəfər ibn Məhəmməd — 732-765 (33 il) Musa ibn Cəfər — 765-799 (34 il) Əli ibn Musa — 799-817 (18 il) Məhəmməd ibn Əli — 817-835 (18 il) Əli ibn Məhəmməd — 835-868 (33 il) Həsən ibn Əli — 868-874 (7 il) Məhəmməd ibn əl-Həsən — 874-hal-hazıradək (1155 il)
Bu model On İki İmam Şiə düşüncəsinə əsaslanır. Şiə düşüncəsində Əli ibn Əbu Talibin İmamət və ilahi xilafət dövrü İslam Peyğəmbərinin vəfatı ilə başlanır. Onun müsəlmanlar üzərində hakimiyyəti dövrü isə Osman ibn Əffanın öldürülməsindən sonra başlayır. Hər bir İmamın İmamətinin başlanğıcı əvvəlki İmamın vəfatı ilə üst-üstə düşür. On ikinci imam Höccət ibn əl-Həsənin İmamət dövrü əvvəlki İmamının vəfat etdiyi andan başladı və On İki İmam Şiə inancına görə, o, sağdır və gözlərdən qaibdir. Buna görədə Höccət ibn əl-Həsənin İmaməti onun zühuruna və sonra ölümünə qədər davam edəcəkdir.
Həmçinin bax Şiəlik On iki imam
İstinadlar
Kateqoriya:On iki imam şiəliyi Kateqoriya:Şiə məzhəbləri Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İran tarixi