Before The Dawn — Finlandiya metal qrupu, 1999-cu ildə Tuomas Saukkonen tərəfindən yaradılmışdır. İki il sonra, 2001-ci ildə, Before the Dawn birinci minialbom EP "Gehenna" adlı albomu buraxdı, və bu albomda "Not Divine As Them" mahnısı albomdan ilk və tək sinql oldu. Bu albomdan sonra qrupun üzvlər qrupu tərk edir. Yarım il sonra Tuomas komandasını yenidən qurur. Qrupa vokalist Pan Vilman Mike Ojala, və Kimmo Nurmi gəlir. Tuomas-ın yeni komandasıyla birlikdə iki rəsmi "My Darkness" və "4.17 am." adlı albomları çıxarıldı. Qrup həmçinin 2003-cü ildə Skandinaviya və Avropa ölkələrin də Katatonia qrupu ilə birgə konsertlər də çıxış etdi.

Bu albomlardan sonra üzvləri qrupu tərk edərək digər üzvlər: köməkçi vokal & bas, GLORIA MORTI, gitaraçı Juho Räihä, klaviş Joel Mäkinen və barabançı Aatu Mukka qrupa qatıldı.

Üçüncü dəfə üzvlərin dəyişilməsindən sonra, qrup 3 albom çıxartdı: 2005, 2007 və 2008-ci ildə "The Ghost", "Deadlight" və "Soundscape of Silence" adlı müvafiq albomlar. Ardından qrup "Deadsong" və "Faithless" adlı sinqllar buraxaraq 2009-cu ilə qədər Avropa ölkələrin də konsertlər də çıxış etdi.

Daha sonra qrup Nuclear Blast Records albom şirkəti ilə müqavilə imzalayaraq, 2011-ci ildə "Deathstar Rising" və 2012-ci ildə "Rise of the Phoenix" adlı albomları çıxartdı.

10 yanvar 2013-cü ildə Tuomas Saukkonen elan edərək, Before the Dawn qrupunun fəaliyyətinə son qoyduğunu açıqladı. Həmçinin bütün özünün digər başqa layihələrini dayandıraraq, o Wolfhear adlandırılmış yeni qrup yaratdı.

Diskoqrafiya

Demolar 2000: To Desire

Studio albomlar 2003: My Darkness 2004: 4:17 A. M. 2006: The Ghost 2007: Deadlight 2008: Soundscape of Silence 2011: Deathstar Rising 2012: Rise of the Phoenix

EP-lər 2001: Gehenna (MCD) 2010: Decade of Darkness

DVD-lər 2005: The First Chapter

Kateqoriya:Finlandiya musiqi qrupları Kateqoriya:1999-cu ildə yaranan musiqi qrupları Kateqoriya:Finlandiya metal musiqi qrupları Kateqoriya:Kvartetlər