Abbaszadə Tural İlqar oğlu (; ) — Azərbaycan futbolçusu, "Kəpəz"də keçmiş qapıçı.
Həyatı Tural Abbaszadə 1992-ci ildə anadan olmuşdur. Futbola uşaqlığından həvəsi olmuş, "Milan"ın qapıçısı Didanın oyunundan çox xoşu gəlmişdir. Bu səbəbdən də futbolçu olmağı qərara alıb.
İlk məşqçisi Arif Orucov olub. Futbola 10 yaşında "Olimpiya" komandasında başlamışdır. 14 yaşında "Azəri"yə keçmişdir. Oradan isə İslam Kərimovun çalışdırdığı "Neftçi"yə üz tutmuşdur. "Neftçi"də 3 il qalmışdır. Əsas məktəbi də elə bu komanda hesab olunur. Sonralar "Muğan"ın əvəzedicilərinə cəlb edilmişdir. "Simurq"un heyətində Qyoko Haciyevskinin vaxtında Premyer Liqada oynamışdır. Bu da onun milli komandaya yolunu açmışdır. Son klubu isə "Kəpəz" olub.
İstinadlar
Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Simurq PFK futbolçuları Kateqoriya:Neftçala FK futbolçuları Kateqoriya:Muğan Salyan FK futbolçuları