Dasso "Miraj" F1 (Dassault Mirage F1) — 1960-cı illərdə Dasso aviadüzəldən şirkəti tərəfindən hazırlanan yüngül çoxməqsədli qırıcı. Dassault Mirage III varisidir. 1970-ci illərdə, "Miraj 2000" çoxməqsədli qırıcı silahlanmaya qəbul olunana qədər, Fransa HHQ-nın əsas qırıcısı idi. Cəmi 700 belə təyyarə buraxılmışdı, onlardan 251 Fransa HHQ-i üçün. Dünyanın 12 ölkəsinə ixrac edilirdi, bir sıra hərbi konfliktlərdə (xüsusi ilə hər iki tərəfdən İran-İraq müharibəsində) və Çad müharibəsində tətbiq edilmişdi.

Mənbə http://theaviationist.com/2013/02/08/mali-air-to-air-pix/

Kateqoriya:Hərbi təyyarələr Kateqoriya:Dassault Aviation təyyarələri Kateqoriya:Birmühərrikli reaktiv təyyarələr Kateqoriya:Fransanın reaktiv qırıcıları