Mattias Şvayqhöfer (; doğ. 11 mart 1981) — Almaniyalı kino aktyor və rejissor.
Bioqrafiya Mattias keçmiş ADR-in Anklam şəhərində anadan olmuşduTagesspiegel: Schweighöfer spielt Literaturkritiker: Der junge Reich-Ranicki (5. April 2009). O aktyor cütlüyü olan Mixael və Gitta Şvayqhöferin oğludur. Artıq yeniyetməlik yaşında Mattias ciddi şəkildə teatrla maraqlanır; onun arzularından biri də səhnə təcrübəsi toplamaq idi. Xemnitz şəhərində yerləşən Dr.-Wilhelm-André Gimnaziyasından "yetkinlik attestatı" aldıqdan sonra, Mattias "Ernst Buş" adına teatr və mədəniyyət universitetinə qəbul olur, lakin bir ildən sonra Mattias orada təhsilini dayandırır.
1997-ci ildə, Mattias rejissor Andreas Drezenin Raus aus der Haut telefilmində rol alır. Debüt rol ona 2001-ci ildə ekranlaşdırılmış Herz im Kopf filmi gətirdi. 2003-cü ildə Mattias Nora Çirnerlə birgə Solo albom filmində baş rola çəkilir, bu rol ona Almaniyada məşhurluq gətirir. O vaxtdan Şvayqhöfer bir çox alman və beynəlxalq film istehsal edən şirkətlərlə çalışırdı, eləcə də Almaniya teatrlarında yaxşı nüfuza malik idi. O həmçinin ən istedadlı gənc aktyor qismində Qızıl Kamera və Bembi mükafatlarına layiq görülmüşdü.
2009-cu ildə o Yoko Vinterşaydt, moda dizayneri Kilian Kerner və musiqi prodüseri Sebastian Radlmeierlə birgə German Garment adlı Moda leyblını yaratmışdı"German Garment" — Wenn vier Freunde Mode machen . welt.de. Abgerufen am 5. Mai 2012. 2010-cu ildən Şvayqhöfer artıq həm də rejissor kimi çalışır. Onun rejissor qismində ilk işi komediya janrında çəkilmiş What a Man filmi ilə başlayır; o burada həmçinin həmmüəllif, baş rolların ifaçısı və film şirkəti sayılan Pantaleon Films'də birgə istehsal üzrə əməkdaşı qismində çıxış etmişdiWhat a Man bei Filmportal.de. 2011-ci ilin avqust ayında film Almaniya kinoteatrlarında nümayiş olunur. Ümumilikdə Almaniyada filmi 1,8 milyon insan seyr etmişdi. 2013-cü ilin yanvar ayının 10-da Mattiasın rejissorluğu və baş rolu ilə Ayrılmağa kömək edərik adlı ikinci bədii filmi nümayiş olunur. Film yenə də Pantaleon Films şirkəti tərəfindən ekranlaşdırılırSchlussmacher bei mediabiz.de.
Şəxsi həyatı Mattias 2000-ci ildə Berlin şəhərinə köçür, lakin artıq 2009-cu ildə o sevgilisi ilə birgə Brandenburqda yerləşən "Firzaythof" () fermasında məskunlaşırFrankfurter Allgemeine Zeitung: Matthias Schweighöfer: "Ich gehe nie auf Partys" (17. Februar 2010). Özəl müsahibələrdə o daha çox Berlin dialektində danışmağı üstün tuturFrankfurter Rundschau: Matthias Schweighöfer: "Ich habe hier immer tolle Zeiten" (25. August 2011)Hamburger Abendblatt: Matthias Schweighöfer: Himmelsstürmer mit Bodenhaftung (14. Januar 2010). Mattias 2004-cü ildən 2012-ci ilə qədər rejissor assistenti Anjelika Şrom ilə əlaqədə olub və bu birgə həyatdan cütlüyün bir qızı da varTrennung — Matthias Schweighöfer ist wieder solo . spiegel.de. Abgerufen am 5. Mai 2012. 2013-cü ilin oktyabr ayında ZDF-Show kanalında yayımlanan "Wetten, dass..?" proqramında Mattias yenidən ata olacağını bildirir. 2012-ci ildən Mattiasın mum fiquru Berlində yerləşən Madam Tüsso muzeyində rəsmən eksponatlar içərisinə daxil olurMadame Tussauds Berlin bei madametussauds.com.
Maraqlı faktlar Boyu 180 sm Təmiz fransız və ingilis dillərində danışa bilir. Fortepiano və skripkada çala bilir. Poema yazmağı sevir, onun pərəstiş etdiyi müəllif — Maks Frişdir. İdman növlərindən qaçış və üzgüçülüyü çox sevir.
Filmoqrafiya +Filmlər İl Ad Rol 2001 Herz im Kopf Dirk 2002 Nachts im Park Tom 2002 FearDotCom 2002 Dostlar, rəfiqələr Gregor 2003 Solo albom Ben 2003 99-cu ilin məktəbi, şagirdlər dünən və onların həyatı bu gün Felix 2004 Kammerflimmer Paul Crash Partenheimer 2004 Gold – The Tulse Luper Suitcases 2005 16. Kombat Daniel 2005 Mavigözlü Polli Ronald "Ronny" Helske 2007 Vəhşi həyat Rainer Langhans 2007 Fata Morgana Daniel 2007 Qulaqsız dovşan Moritz 2008 Qırmızı baron Manfred von Richthofen 2008 Valkiriya əməliyyatı Franz Herber 2008 Memar Jan Winter 2009 Gecə qatarı Frankie 2009 İkiqulaqlı cücəMoritz 2009 12 metrə başsız Gödeke Michels 2009 Must Love Death 2010 Dostluq! Tom 2010 3faltig Christl 2011 What a Man Alex 2011 Aşiq qadın Aleksander Honk 2012 Rus diskotekası Wladimir 2013 Ayrılmağa kömək edərik Paul Voigt 2013 Kokowääh 2 Matthias Schweighöfer 2013 Frau Ella Sascha
Qısametrajlı filmlər 2000: 3 Tage 44 2000: Mein Freund, seine Mutter und die Elbe 2001: Ballett ist ausgefallen 2005: Hypochonder 2005: Happy End 2005: Der blaue Affe
Teleseriallar 1997: Raus aus der Haut 1997: Ärzte: Dr. Vogt – Freundschaften 1997: Spuk aus der Gruft 1998: Dr. Stefan Frank – Der Arzt, dem die Frauen vertrauen (Die Macht der Gedanken epizodu) 1998: Siska (1.1 epizod Der neue Mann) 1998: Ein Mann fällt nicht vom Himmel 1999: Siska (1.16 epizod Leonardos Geheimnis) 1999: Spuk im Reich der Schatten 2000: Verbotenes Verlangen – Ich liebe meinen Schüler 2000: Freunde 2000: Küss mich, Frosch 2001: Polizeiruf 110 – Zerstörte Träume 2001: Tatort – Gewaltfieber 2001: Mein Vater, die Tunte 2001: Babykram ist Männersache 2002: Die Freunde der Freunde 2003: hamlet X 2004: Kalter Frühling 2004: Baal 2005: Schiller 2006: Lulu 2007: Ein spätes Mädchen 2009: Mein Leben – Marcel Reich-Ranicki 2010: Tatort – Weil sie böse sind 2012: Tim Sander goes to Hollywood
Səsləndirmə/Sinxron 2003: True (Kurzfilm – dt. Synchronstimme) 2005: Weiße Raben – Alptraum Tschetschenien (Sprecher) 2010: Sammys Abenteuer animasiya filmi – "Sammy" animasiya filminin sinron səsləndirilməsi 2013: Qulaqsız dovşan və İkiqulaqlı cücə Animasiya filminin sinxron səsləndirilməsi
Musiqi videoları 2008: Maria Mena – Nevermind Me 2009: Silbermond – Ich bereue nichts 2011: Lena Meyer-Landrut – What A Man 2011: Philipp Poisel – Eiserner Steg (Klavier Version) 2011: Philipp Poisel – Eiserner Steg (offizielles Video) 2011: Marlon Rudet – New Age 2011: The BossHoss & Nena – L. O. V. E. 2013: Blue – Hurt Lovers
Audioqrafiya 2004: Die Lewins — Gita Lehr 2005: Meene Kleene — Ariane Grundies 2005: Lieb mich — Torsten Feuerstein 2005: Baal — Bertolt Brext 2006: Der Schatten des Windes — Carlos Ruiz Zafon 2007: Schöne Verhältnisse — Edward St Aubyn 2008: Slam — Nick Hornby 2008: Die Traumnovelle — Arthur Şnitzler
Mükafatlar Bembi Mükafatı 2007: Bester männlicher Hauptdarsteller, national 2013: in der Kategorie Film national für Schlussmacher Bayerischer Filmpreis 2005: Bester Nachwuchsschauspieler für die Rolle des Crash in Kammerflimmern :de:Berliner Bär (B.Z.-Kulturpreis) 2013: Kategorie: Film/Regie Deutscher Fernsehpreis 2001: Bester Nachwuchsdarsteller für die Rolle des Ben in Verbotenes Verlangen DIVA-Award 2006: Schauspieler des Jahres für Kammerflimmern, Schiller, Polly Blue Eyes Baden-Baden Beynəlalq Film Festivalı 2004: Sonderpreis der Jury für herausragende darstellerische Leistungen in Kalter Frühling und Baal Goldene Henne 2012: Publikumspreis – Schauspiel Qızıl kamera 2003: Curd-Jürgens-Gedächtniskamera für den besten Nachwuchsschauspieler 2010: Bester deutscher Schauspieler in Mein Leben – Marcel Reich-Ranicki Grimme Mükafatı 2003: für seine Rolle als Gregor in dem Film Die Freunde der Freunde Günter-Strack-Fernsehpreis 2002: Bester Nachwuchsschauspieler für die Darstellung des Jacky Bräutigam im Tatort – Gewaltfieber New Faces Award 2003: Bester Schauspieler für die Rolle des Ben in Soloalbum Undine Mükafatı 2005: Bester jugendlicher Schauspieler in einem Fernsehfilm 2007: Bester jugendlicher Hauptdarsteller in einem Kinospielfilm für Das wilde Leben Hessischer Fernsehpreis 2010: für seine Rolle in Tatort: Weil sie böse sind 2011: Sonderpreis der Jury für What a Man Video Champion 2010: Artist Award Romy 2013: Bester Kinofilm für Schlussmacher
Ədəbiyyat Matthias Schweighöfer im Gespräch mit Béatrice Ottersbach: Die Seele muss etwas zu erzählen haben. In: Béatrice Ottersbach, Thomas Schadt, Nina Haun: Schauspieler-Bekenntnisse. UVK Verlagsgesellschaft, Konstanz 2007, ISBN 978-3-89669-685-4.
Xarici keçid
Şvayqhöfer Schweighöfer - Matthias Schweighöfer (Deutsche National Bibliothek alles über Matthias Schweighöfer) Porträt mit Interview auf moviesection.de (2010) Biografie auf film-zeit.de
İstinadlar
Kateqoriya:Almaniya aktyorları Kateqoriya:Almaniya kinorejissorları Kateqoriya:XXI əsr aktyorları