Vağudi və ya VaqudiАбрамян Г.С., Мурзаев Э.М. Армянская географическая терминология. "Вопросы ономастики". Свердловск, 1982.. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.

Tarixi Rayon mərkəzindən 9 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində, Ağudi kəndindən 3 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.47. Vağudi adlı 3 kənd olmuşdur: I Vağudi, II Vağudi, III VağudiQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76. Vağudi kəndi həmin 3 Vağudi adlı kəndlərinin birləşməsindən yaranmışdır.

Toponimikası Kəndin adı Ağudi toponiminin əvvəlinə "v" samitinin artırılması əsasında yaranmışdır. Voxçu (Oxçu toponimindən) toponimi, varsaq (arsaq etnonimindən) etnonimi həmin konstruksiya əsasında yaranmışdır. Ağudi toponimi ilə Vağudi toponimi eyni semantik xüsusiyyətə malikdirBax: Ağudi.

1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Lor, Axlatyan, Bukunis kəndlərindən ermənilər oraya köçürülmüşdürГеюшев Р.Б. О Хотаванском храме и его надписях. Изв. АН Азерб. ССР. Серия истории, филосифии и права. 1972, № 3. Sonra əhali qarışıq olmuşdur. 1988-ci ildə kəndin azərbaycanlılardan ibarət hissəsi Azərbaycana qovulmuşdur. Digər adı Böyükdüz olmuşdur ki, bu da Səlcuq oğuzlarının Bükdüz tayfasının adını əks etdirir. 1468-ci ilə aid mənbədə Vaqadi kimidirKirzioglu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerinde Gence-Karabag sancak lari; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979. Папазян А.Д. Персидские документы Метанадарана. I (XV–XVI вв.). Ереван, 1956. [134, 167]. Orta əsrlərdə Albaniyanın qədim Tatev monastrına mənsub kənd olmuşdur. Ehtimal ki, İran dillərində baqa "od allahı" və deh "kənd" sözlərindən ibarət olmaqla "Odpərəst-lər kəndi" mənasındadır.

Əhalisi Kənddə 1831-ci ildə 44 nəfər, 1873-cü ildə 653 nəfər, 1886-cı ildə 926 nəfər, 1897-ci ildə 1286 nəfər, 1908-ci ildə 1395 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.76–77, 146–147. 1914-cü ildən başlayaraq azərbaycanlılar erməni təcavüzü nəticəsində deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 131 nəfər, 1926-cı ildə 226 nəfər, 1931-ci ildə 336 nəfər, 1987-ci ildə 700 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. ISBN 5-8020-0852-0 s. 182–183 azərbaycanlı yaşamışdır. 1988-ci ilin sonlarında azərbaycanlılar qırğınlarla Ermənistan dövləti tərəfindən qovulmuşlar. Indi yalnız ermənilər yaşayır.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2

Əhali qırğınları Vagudi – 1918-ci il. 1330 nəfər əhalisi olmuşdur. Kənd əhalisinə böyük zülm edilmiş, 15 gözəl qız təhqir edilərək öldürülmüşdür. Kənd dagılarkən sıgınacaq axtaran 400 müsəlman məscidə doldurulmuş, əvvəlcə pəncərədən əldəqayırma bomba atılmış, sonra isə məscidə od vurulub bütün adamlar yandırılmışdır. Qadınların döşünü kəsmiş, xəstələri yataqda doğramışlar.Eldar İsmayıl, "Zavallı ermənilər, yoxsa zalım ermənilər…", Bakı, 2014.

Görkəmli şəxsiyyətləri Telman Ağayev — Azərbaycan alimi.

İstinadlar

Xarici keçidlər http://karabakh-doc.azerall.info/ru/azerpeople/ap069az-2.php

Kateqoriya:Zəngəzur kəndləri