Sailor Moon və ya Yaponiyada tanınan adı ilə — yapon manqaka Naoko Takeuçi tərəfindən yazılmış və çəkilmiş maho-şoco manqa seriyası. Manqa seriyası 1991–1997-ci illərdə "Nakayoshi" jurnalında serializasiya olunmuş, manqanın fəsilləri 18 tankobon cildində nəşr olunmuşdur. Manqa seriyası Seylor Muna çevrilərək Ay şahzadəsinin və axtarışına çıxan 14 yaşlı qız Usaqi Tsukino haqqındadır. Seriya boyunca Seylor Mun Əfsanəvi Gümüş Kristalı qorumaq və Günəş sistemini məhv etmək istəyən düşmənlərin qarşısını almaq üçün yaradılmış komandasına başçılıq edir.

Manqa seriyası əsasında "Toei Animation" tərəfindən hazırlanmış ilk anime serialı adaptasiyası 5 mövsüm davam edərək 1992–1997-ci illərdə yayımlanmışdır. Anime serialı Azərbaycan dilinə dublaj olunaraq əvvəlcə AzTV-də "Seylormun" adı ilə, daha sonra Günəş TV kanalı tərəfindən "Ay savaşçısı" adı altında Azərbaycanda yayımlanmışdır. Manqanın hekayəsinə sadiq olan remeyk anime serialı "Sailor Moon Crystal" 2014–2016-cı illərdə yayımlanmış, iki davam anime filmi buraxılmışdır. Bundan əlavə, 2003-cü ildə "Gözəl qoruyucu Seylor Mun" adlı teleserial hazırlanmışdır. "Sailor Moon" əsasında kart oyunu, şəkillər, müzikllar, musiqilər və videooyunlar da buraxılmışdır.

"Sailor Moon" seriyasının həm manqası, həm də anime adaptasiyaları dünyada böyük uğur əldə etmişdir. Manqa seriyasının 35 milyondan çox nüsxəsi satılmışdır, bu isə manqanı dünyada ən çox satılan şoco manqa seriyasına çevirmişdir. Tənqidçilər personajların inkişafı, yumor və vizuallar görə manqanı görə müsbət qiymətləndirmişdirlər. Seriyanın 1992-ci ildə yayımlanmış anime adaptasiyası Yaponiya animasiyasının Qərb dünyasına ən çox təsir etmiş işlərindən biridir.

Məzmun

14 yaşlı yapon qız Usaqi Tsukino yolda qarşılaşdığı və dostlaşdığı danışan qara pişik Luna sayəsində güclər qazanır və Seylor Muna çevrilir. Usaqi Günəş sistemini düşmənlərindən qorumaq ilə vəzifələndirilir. Luna və Usaqi Əfsanəvi Gümüş Kristalı və şahzadəni tapmaq üçün Seylor döyüşçüləri komandasını qururlar. Günlər keçdikcə Luna və Usaqi digər Seylor döyüşçülərini tapırlar: çalışqan və ağıllı Ami Mizuno Seylor Merkuri kimi, rahibə kimi işləyən və təhsil alan Rey Hino Seylor Mars kimi, Usaqinin oxuduğu məktəbə yenicə keçən Makoto Kino Seylor Yupiter kimi ayılır. Seylor Venera kimi ayılan Minako Ayno da partneri ağ pişik Artemis ilə komandaya qoşulur. Bundan başqa onlar Taksedo Mask kimi döyüşən Mamoru Çiba ilə rastlaşırlar. Taksedo Mask onlara zaman-zaman kömək edir.

Hekayənin birinci hissəsində ("Qaranlıq Krallıq") Seylor döyüşçüləri Qaranlıq Krallığa qarşı döyüşürlər. Kraliça Beril və onun komandası olan Sitenno (Kunsayt, Nefrit, Zoysayt və Cedayt) Kraliça Metariya üçün Əfsanəvi Gümüş Kristalı ələ keçirmək və dünyanı fəth etmək istəyirlər. Seylor döyüşçüləri kəşf edirlər ki, onlar keçmiş həyatlarında qədim Ay krallığı olan Gümüş Minillikdə yaşamışlar. Qaranlıq Krallıq Ay Krallığına qarşı müharibə elan etmiş və Ay Krallığı dağılmışdır. Gümüş Minilliyin kraliçası Kraliça Sereniti Əfsanəvi Gümüş Kristal sayəsində pişiklər Luna və Artemisi, Seylor döyüşçülərini, Şahzadə Serenitini və onun sevgilisi Şahzadə Endimionu gələcəkdə yenidən reinkarnasiya olmalarına şərait yaratmışdır. Komanda öyrənir ki, Usaqi Şahzadə Serenitinin, Mamoru Şahzadə Endimionun reinkarnasiyasıdır. Sitennonun da əvvəllər Endimionun cəngavərləri olduğu, lakin Kraliça Metariya tərəfindən zehinlərinin ələ keçirildiyi məlum olur. Kraliça Metariya ilə son döyüşdə Minako onu öldürür, lakin Seylor döyüşçüləri öz həyatlarını qurban verirlər. Seylor Mun Əfsanəvi Gümüş Kristaldan istifadə edərək onları yenidən dirçəldir.

Hekayənin ikinci hissəsində ("Qara Ay") Usaqi və Mamorunun gələcəkdən gəlmiş qızı Çibiusa XXX əsrdən gələrək Əfsanəvi Gümüş Kristalı götürmək istəyir. Bu zaman Seylor döyüşçüləri Qara Ay və Müdrik adam ilə rastlaşırlar. Çibiusa Seylor döyüşçülərini gələcəyə — XXX əsrin Kristal Tokiosuna gətirir. Burada Çibiusanın anası Yeni Kraliça Sereniti və atası Kral Endimion hökmranlıq edir. Səyahətləri zamanı onlar Məkan-zaman qapısının qoruyucusu Seylor Pluton ilə qarşılaşırlar. Seylor Pluton zamanı dayandırmaq bacarığı (bu gücdən istifadə etmək ölümlə nəticələndiyindən özünü bilərəkdən qurban vermişdir) ilə Qara Ayın lideri Şahzadə Almazın bütün kainatı məhv etməsinin qarşısını alır, lakin ölür. Sonda Çibiusa Seylor Çibi Mun kimi ayılır, Seylor Munla birlikdə Müdrik adamın əsl siması olan Ölü Kabusu məhv edir.

Hekayənin üçüncü hissəsində ("Sonsuzluq") Professor Soiçi Tomoe tərəfindən yaradılmış Ölüm Həvarilərindən bəhs olunur. Professor Tomoe Firon 90 adlı varlığın Yer planeti ilə birləşməsi üçün yol axtarır. Onun qızı Hotaru Tomoenin bədəninə isə Xanım 9 adlı varlıq daxil olur. Bu varlıq isə Firon 90-ın keçməsi üçün qapı açmalıdır. Hekayənin bu hissəsində Günəş sistemini qorumaq ilə vəzifələndirilmiş digər Seylor döyüşçülər — Seylor Uran kimi ayılmış Haruka Tenno və Seylor Neptun kimi ayılmış Miçiru Kayo peyda olur. Seylor Plutonun reinkarnasiyası olan fizika tələbəsi Setsuna Meyo da onlara qoşulur. Usaqi Müqəddəs qraalı əldə edir və Super Seylor Muna çevrilir. Müqəddəs qraaldan və kristaldan istifadə edərək Firon 90-ın qarşısını almağa cəhd edir. Miçiru, Haruka və Setsunanın təhlükəli hesab etdikləri Hotaru Seylor Saturn kimi ayılır. Ölüm müjdəçisi kimi Seylor Saturn öz gücü ilə Firon 90-ı Yerdən ayırır, Seylor Plutona öz gücü ilə qapını bağlamağı əmr edir. Usaqi Şahzadə Sereniti kimi öz gücündən istifadə edərək planetin gücünü bərpa edir.

Hekayənin dördüncü hissəsində ("Arzu") Ölü Ayın lideri Kraliça Neheleniya özünü Gümüş Minilliyin və Yerin "qanuni idarəçi"si elan edir. Neheleniya Yerdə Qızıl Krallığın yerləşdiyi Elisionu işğal edir, Heliosu ələ keçirir və köməkçilərinə Əfsanəvi Gümüş Kristalı ələ keçirməyi tapşırır. Şahzadə Endimion kimi Mamoru Çiba Qızıl Krallığın müqəddəs daşı olan Qızıl Kristalı tapır. Mamoru və Seylor döyüşçüləri Müqəddəs qraal vasitəsilə güclərini birləşdirirlər və bu güc sayəsində Seylor Mun Əbədi Seylor Muna çevrilir. Əbədi Seylor Mun Kraliça Neheleniyanı öldürür. Kraliça Neheleniyanın köməkçiləri Amazon Kvarteti əslində Çibiusanın qoruyucuları olduqlarını, amma zehinlərinin Neheleniya tərəfindən ələ keçirildiyini öyrənir.

Hekayənin beşinci hissəsində ("Ulduzlar") Usaqi və dostları məktəbdən məzun olurlar. Onlar yeni düşmən — saxta Seylor döyüşçülərindən ibarət Kölgə Qalaktika komandası ilə qarşılaşırlar. Komandanın lideri Seylor Qalaksiya əsl Seylor döyüşçülərinin Seylor kristallarını ələ keçirmək, bununla qalaktikanı ələ keçirmək və Xaosu öldürmək istəyir. Mamoru və Seylor döyüşçülərinin bir çoxunun ölümündən sonra Seylor Qalaksiya onların Seylor kristallarını ələ keçirir. Usaqi dostlarını yenidən həyata qaytarmaq üçün Qalaktika qazanına səyahət edir. Kinmoku planetindən gəlmiş Seylor Starlaytlar komandası, həmin planetin idarəçisi Şahzadə Kakyu və uzaq gələcəkdən gəlmiş körpə Seylor Çibi-Çibi ona kömək etmək istəyirlər. Çibiusa və Seylor Kvartet də onlara qoşulur. Bir çox döyüşdən sonra Seylor Qalaksiya ölür, Seylor Çibi-Çibi Seylor Kosmosa çevrilir. Seylor Mun Əfsanəvi Gümüş Kristal vasitəsilə Xaosu məhv edir və dostlarını həyata qaytararaq Yerə qayıdır. Hekayə Mamoru və Usaqinin 6 il sonra evlənmələri ilə başa çatır.

İstehsal Manqa seriyasının ilkin versiyası olan "Codename: Sailor V" ilk dəfə 21 avqust 1991-ci ildə çap olunur. Bu manqa seriyasının baş qəhrəmanı "Sailor Moon"un əsas personajlarından biri olan Seylor Venera olsa da, bu manqada Seylor Vi adlı ilə peyda olur. Bu manqa seriyasının uğurundan sonra Naoko Takeuçi kosmos və məktəbli qızlar mövzusunda yeni manqa seriyası yaratmaq istəyir. Redaktor Fumio Osano ilə apardığı müzakirədən sonra baş qəhrəmanların fuku geymələrinə qərar verir. "Codename: Sailor V" manqasının Toei Animation tərəfindən anime versiyasının çəkilmə ehtimalı ortaya çıxdıqdan sonra manqa seriyasının baş qəhrəmanı Seylor Vini Seylor Venera adı ilə "Sailor Moon" manqa seriyasına daxil edir. Nəticədə, yeni manqa seriyası uğur qazanır. Naoko manqada astrologiya, astronomiya, Roma-yunan mifologiyası, geologiya, yapon təməl mövzuları, məktəbli şıltaqlıqları kimi ünsurlara yer vermişdir.

Takeuçi deyir ki, ilk növbədə Kodansha sadəcə hekayənin birinci hissəsini yayımlamağı nəzərdə tutmuşdu. Süjet xətti nəşrdən 1 il əvvəl yazılır. Hekayənin birinci hissəsinin tamamlanmasından sonra Kodansha və Toei Naokodan seriyanı davam etdirməyi xahiş edirlər. Nəticədə Naoko seriya üçün yeni 4 süjet arkı yazır. Bu 5 hekayə nəşr olunmaqla yanaşı, eyni zamanda, animeyə tətbiq edilir. Anime manqadan 1–2 ay arxada yayımlanır. Animedəki hekayə ilə manqadakı hekayə demək olar ki, eyni olsa da, kiçik fərqlər var. Naoko hesab edir ki, bunun səbəbi Toei Animation əməkdaşlarının çoxunun kişi olmasıdır. Belə ki, onlar seriyada kişi personajlara əhəmiyyətli yer verilmədiyini düşünürdülər.

Daha sonra Naoko hekayədəki müsbət personajları öldürməyi fikirləşir, lakin redaktoru Osano buna qarşı çıxır və "Sailor Moon şoco manqadır!" deyir. Animenin istehsalı zamanı Qaranlıq Krallıq ilə həlledici döyüşdə müsbət personajlar ölsələr də, daha sonra "dirilirlər". Naoko öz manqasında istədiyini edə bilmədiyinə görə əsəbləşir. Naoko həmçinin seriyanın anime versiyasının sadəcə 1 mövsüm davam etməsini nəzərdə tutur, lakin böyük izləyici kütləsinə görə Toei Animation ondan seriyaya davam etməyi xahiş edir. Nəticədə Naoko yeni hekayə üçün ideya fikirləşməyə başlayır. Osano ilə məsləhətləşdikdən sonra ikinci hekayənin Usaqo və Mamorunun gələcəkdən gəlmiş qızı Çibiusa haqqında olmasına qərar verir. + "Sailor Moon" seriyasının adaptasiyası Ark Manqa Anime Ay savaşçısı (1992) Anime Sailor Moon Crystal(2014) Dorama Müzikllar Qaranlıq Krallıq 1–13-cü fəsillər Mövsüm 1 : Seylor Mun (1–46-cı seriyalar) 1–13-cü seriyalar 1–49-cu seriyalar Sailor Moon — Gaiden Dark Kingdom Fukkatsu Hen Sailor Moon — Gaiden Dark Kingdom Fukkatsu Hen (Kaiteiban) Sailor Moon Super Spring Festival La Reconquista Qara Ay 13–26-cı fəsillər Mövsüm 2 : Seylor Mun R (47–89-cu seriyalar) 13–26-cı seriyalar Yoxdur Tanjou! Ankoku no Princess Black Lady Tanjou! Ankoku no Princess Black Lady (Kaiteiban) — Wakusei Nemesis no Nazo Mugen Gakuen — Mistress Labyrinth Mugen Gakuen — Mistress Labyrinth (Kaiteiban) Petite étrangère Sonsuzluq 27–38-ci fəsillər Mövsüm 3 : (90–127-ci seriyalar) 27–39-cu seriyalar Yoxdur Sailor Moon S — Usagi Ai no Senshi e no Michi Sailor Moon S — Henshin — Super Senshi e no Michi Sailor Moon S — Henshin — Super Senshi e no Michi (Kaiteiban) Arzu 39–49-cu fəsillər Mövsüm 4 : (128–166-cı seriyalar) anime filmi Yoxdur Sailor Moon Super S — Yume Senshi — Ai — Eien ni… Sailor Moon Super S — (Kaiteiban) Yume Senshi — Ai — Eien ni… Saturn Fukkatsu Hen Sailor Moon Super S Special Musical Show Ulduzlar 50–52-ci fəsillər Mövsüm 5 : (167–200-cü seriyalar) anime filmi Yoxdur Sailor Moon Sailor Stars Sailor Moon Sailor Stars (Kaiteiban) Eien Densetsu Eien Densetsu (Kaiteiban) — The Final First Stage Shin Densetsu Kourin Starlights — Ryuusei Densetsu Kakyuu-Ouhi Kourin — The Second Stage Final

Media

Manqa