Sebastian Sten () — Rumun və Amerikalı aktyor. Aktyor Bir Vaxtlar, Şahlar, Qeybətcil Qızlar, Qara qu quşu və "İblislə sövdələşmə" kimi filmləri ilə tanınır.

Həyatı Sebastian 1983-cü il 13 avqustda Rumıniyanın Konstansa vilayətində doğulub. Səkkiz yaşında olarkən o, anası ilə birlikdə bir vaxtlar anasının piyanist olaraq işlədiyi Vyana şəhərinə köçür. 12 yaşında anası Amerikalı bir özəl məktəb müdirü ilə evləndi, bununla da onlar Nyu-Yorka köçdülər.

Aktyorluq üçün o, tanıdığı Stagedor Manor adlı yaz düşərgəsinə qatıldı və bir çox bu kimi düşərgələrə getdi. Bundan sonra o, doğrudan da aktyor olmağa qərar verdi və müxtəlif aktyorluq universitetlərinə müraciət etdi.

Rutgers Universitetin Mason Qross Gözəl Sənətlər Fakültəsinə qəbul oldu. Bu onun Londonda Globe Teatrında bir il təhsil almasına səbəb oldu.

Karyerası İngiltərədən qayıtdıqdan sonra Sebastian Rutgersə qoşulmağa davam etdi, Tony n' Tina's Wedding və Qırmızı Qapılar kimi filmlərdə rol almağa başladı. Eyni zamanda Law & Order serialında Castin Kapşau rolunu canlandırmağa başladı. 2005-ci ildə Rutgersdə məzun olduqdan sonra Arxitektor filminə çəkildi. Həmin il "İblislə sövdələşmə" filminə də çəkildi və bu filmdə Çeys Kollins rolunu oynadı. 2007-ci ildə əməkdar Broadway aktyoru Lev Şyarber ilə birlikdə Talk Radioda Kent rolunu canlandırdı.

Həmin il ilk serialı olan Qeybətcil Qızlarda Karter olaraq rol aldı. İkinci və üçüncü fəsillərdə bir neçə serialarında göründü.

2008-ci ildə Heyden Paneterin klip videosu olan "Wake Up Call"’da sevgilisi rolunu oynadı. 2009-da isə NBC’de yayımlanan Prince Jack Benjamin rolunu oynadığı Şahlar filmində baş rolu ifa etdi.

2011-ci ildə İlk Qisasçı: Amerika filmində canlandırdığı Bucky Barnes xarakteri ilə tanınmağa başladı.

2012-ci ildə Amanda Seyfrid ilə birgə Gone filmində baş rola çəkildi. Eyni zamanda qısa serial olan Political Animals serialında bir xanımın homoseksual oğlu roluna çəkildi. 2014-cü ildə Captain America: The Winter Soldier filmində Bucky-nin davam edən hekayəsini canlandırdı.

Şəxsi həyatı 2008-dən 2010-cu ilə qədər Sebastian aktrisa Leyton Mister ilə görüşürdü.

Hal hazırda isə aktyor Bir Vaxtlar serialında baş rolu paylaşdığı Cenifer Morrison ilə görüşür.

Filmoqrafiyası

Film İl Filmin adı Rol Qeydlər2004Tony n' Tina's Wedding Johnny 2005Qırmızı Qapılar Simon 2006Arxitektor Martin Waters İblislə sövdələşmə Çeys Kollins 2007 Çarli Banksın Təhsili Leo 2008Reyçl Ərə Gedir Walter/qonaq 2009 SpreadHarry2010Qara qu quşuAndrewHot Tub Zaman Maşını Blaine 2011İlk Qisasçı: AmerikaBucky Barnes 2012 Gone Billy Kabus Ben Körpüdən Mənzərəyə 2014Amerika Kapitanı: Qış Əsgəri Bucky Barnes

Televiziya

Serial İl Filmin adı Rol Qeydlər2003Law & Order Justin Capshaw 1 seria2007–2010Qeybətcil Qızlar Carter Baizen 11 seria2009ŞahlarPrince Jack Benjamin 12 seria2012LabirintWill Franklin qısa serial2012–indiyədəkBir vaxtlar 2012 Political Animals Thomas Hammond USA Network serial

Xarici keçidlər

İstinadlar Kateqoriya:Rumıniyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Rumınəsilli amerikalılar Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ televiziya aktyorları