Leninakan zəzələsi 1926Fuad Sultanov, Z.Sultanova. "Zəlzələlər", Bakı, "Azərnəşr", 1958. səh.19-20. — güclü zəlzələ 22 oktyabr 1926-cı ildə Ermənistan SSR Leninakan şəhərinin ətrafında baş vermişdir. Zəlzələnin nəticələrini müəyyən etmək məqsədi ilə SSRİ Elmlər Akademiyası tərəfindən bölgəuə geoloq Pyotr İvanoviç Lrbedevin başçılığı ilə qrup göndərilmişdir. Nəticələr haqqında rəy akademiyaya 9 mart 1927-ci ildə akademik Frans Yuleviç Levinsov tərəfindən təqdim edilmişdir. Sonradan nəticələr dərc edilmişdir.

Zəlzlənin nəticələri Zəlzələnin ocağı Araz çayının qolu olan Arpaçayın vadisində baş vermişdir. Zəlzələ Tiflis şəhərindəki seysmoqraflar və Leninqradda yerləşən Pulkovski avservatoriyasında qeydə alınmışdır. Zəlzələ iki dalğa şəklində özünü təzahür etdirmiişdir:

Dalğalar İrəvan, Tiflis, Batum, Soçidə də hiss edilmişdir. Ancaq buralarda dağıntılara səbəb olmamışdır. Xüsusi ilə Türkiyə ilə sərhəddə yerləşən kəndlər güclü zərər görmüşdür. Qarsdada fəsadlar baş vermişdir. Ancaq sovet alimləri Türkiyə ərazilərindəki nəticələri qələmə ala bilməmişlər. SSRİ konsulunun məlumatına görə isə burada 20 kənd dağılmışdır.

Zəlzələnin episentri Leninakan şəhərinin cənub hissəsində yerləmşrdi. Bu andan hətta həmin ilin sonlarına qədər kiçik təkanlar müşahidə edilmişdir. Sovet ərazisində 44 kənd zərər görmüşdür. On kənd isə tamamən dağılmışdlr. Leninankan şəhəridə tamamən dağılmışdı. İtkilərin ümumi sayı 300 nəfər olmuşdur. Üstəlik çoxlu sayda yaralı vardı.

Leninakan şəhərində daş binalar ciddi çatlar əməlı gəlsədə dağılmamışdı.

İstinadlar

Kateqoriya:Ermənistanda zəlzələlər Kateqoriya:22 oktyabrdakı hadisələr Kateqoriya:1926-cı ildəki hadisələr Kateqoriya:1926-cı ildə Ermənistan Kateqoriya:Türkiyədə zəlzələlər