Mirzə Qasım oğlu Ağabəyli () — azərbaycanlı aktyor, Azərbaycan Respublikasının Əməkdar Artisti.

Həyatı Mirzə Ağabəyli 1950-ci il avqust ayının 29-da Bakının Buzovna qəsəbəsində anadan olub. 1971-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstituna daxil olub. 1975-ci ildə SSRİ xalq artisti, professor Mehdi Məmmədovun rəhbərlik etdiyi Dram və kino aktyorluğu fakültəsini bitirib. 1975-ci ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrında təyinatla işləyib. 1976-cı ildə hərbi xidmətə çağırılıb. 1977-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun nəzdindəki, "Tədris" teatrında aktyor vəzifəsində işləyib. 1982-ci ildə Azərbaycan Dövlət Milli Akademik Dram Teatrına dəvət olunub. 1994-cü ildən C.Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının nəzdində olan "Bəri - Bax" kinostudiyasında bədii rəhbər vəzifəsində işləyib. 2008-ci ildə "Sınaq film" prodüser mərkəzində koordinator vəzifəsində çalışıb. 2008-ci ildə yenidən Akademik Milli Dram Teatırına dəvət olunub. 2009-cu ildə Azərbaycan kinosunun yaranmasının 111 illiyi ilə əlaqədar Azərbaycan kinematoqrafiyasının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Filmoqrafiya Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası)(Aztv) Bir ovuc torpaq (2013) Biz qayıdacağıq (film, 2007) Biz qayıdacağıq (veriliş, 2007) (II) Bomba (film, 2005) Evləri köndələn yar (film, 1982) Ərazi (film, 2005) Fədakar (film, 2015) Kommersiya (film, 1992) Küçələrə su səpmişəm (film, 2004) Qəzəlxan (film, 1991) Qızlar (film, 2007) Mənim günahım (film, 1985) "Moskva-Bakı" qatarı (film, 2005) Ovsunçu (film, 2002) Ölüm növbəsi (film, 2009) Səhərə inan... (film, 2011) Sonuncu dərviş (film, 2009) Sübhün səfiri (film, 2012) Ünvansız eşq (2011) Yollar görüşəndə... (film, 1979) Yük (film, 1995) Qardaşımdan yaxşısı yox idi (film, 2010) Qayınanamız (teleserial, 2015) Kəklikotu (film, 2017) Oxşarabad 2:Korifeylər (film,2019) Vəziyyət rusca (film, 2019) Sevinj Stories (miniserial, 2022) Əqrəb mövsümü (teleserial, 2022) Alatava (teleserial, 2024) Tağıyev. Sona (film, 2025)

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Hacılar Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları