Telavi qəzası (, ) — Rusiya imperiyası (Gürcüstan, Gürcüstan-İmeretiya və Tiflis quberniyaları tərkibində), Gürcüstan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Gürcüstan Sovet Sosialist Respublikası tərkibində) dövründə mövcud olmuş inzibati-ərazi vahidi.

Əhalisi 250px|thumb|right|Tiflis quberniyasının etnik xəritəsi, 1886-cı il əhalinin kameral sayımına əsasən 1832-ci ilin kameral təsvirinə əsasən Telavi qəzasında yaşayan kişi cinsindən 29.816 nəfər olan əhalinin 26.825 nəfərini gürcülər, 3.621 nəfərini ermənilər, 771 nəfərini azərbaycanlılarQeyd: mənbədə tatarlar olaraq göstərilib. Azərbaycan türklərinin Zaqafqaziya tatarları və ya sadəcə tatarlar adlandırılması haqqında məlumatlara nümunə —>Высшие классы коренного населения Кавказского края и правительственные мероприятия по определению их сословных прав. Исторический очерк. Составитель делопроизводитель канцелярии Наместника Его Императорского Величества на Кавказе Линден В. Тифлис. Издание Канцелярии Наместника Е.И.В. на Кавказе. 1917 год: Оглавление—>Глава II. Мусульманские районы Закавказья, входящие в состав Эриванской, Елисаветпольской, Бакинской и отчасти Тифлисской губерний, стр. 21, 132 nəfərini isə almanlar təşkil edirdi.Обозрение российских владений за Кавказом, в статистическом, этногафическом, топографическом и финансовом отношениях, произведенное и изданное по высочайшему соизволению. Напечатано в городе Санкт Петербург, в типографии внешней торговли в 1836 году: Часть I. А. Грузия. 4. Телавский уезд, VII. Жители. стр. 369

1851–ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Qori, Yelizavetpol, Sığnaq, Telav və Tiflis qəzalarını, həmçinin Dağ dairəsini, Car–Balakən hərbi dairəsini, Osetiya dairəsini və Tuş–Pşav–Xevsur dairəsini əhatə edən Tiflis quberniyasının əhalisi 267.786 nəfəri kişilər, 223.699 nəfəri qadınlar olmaqla 491.485 nəfər idi.О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar və dairələr üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar və dairələr üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu, bu məlumatlar Car–Balakən hərbi dairəsi istisna olmaqla quberniyanın kənd yerlərində 1842–ci ildə, şəhər yerlərində 1848–ci ildə, ümumən Car–Balakən hərbi dairəsinin yaşayış yerlərində isə 1844–cü ildə həyata keçirilmiş kameral təsvirlərə əsaslanırdı.О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 140. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. Beləliklə, həmin məlumatlara əsasən Telav qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 24.161 nəfər əhali yaşayırdı.

Həmçinin bax Abanisxevi Abano

Mənbə

О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LIII. Тифлисская губернiя, стр. 139 – 141. // Девятая ревизiя. Изслѣдованiе о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. İstinadlar

Kateqoriya:1801-ci ildə yarananlar Kateqoriya:Gürcüstan quberniyasının qəzaları Kateqoriya:Gürcüstan-İmeretiya quberniyasının qəzaları Kateqoriya:Tiflis quberniyasının qəzaları Kateqoriya:Gürcüstan tarixi Kateqoriya:Telavi qəzası