thumbnail|right|Mavi beret Mavi Beret — müxtəlif dövlətlərdə qoşun növlərinin taxdığı baş geyimidir. Bu qoşunlar sülhü bərpa etmək üçün mövcuddur. Bir sıra dövlətlərin göy beretliləri :
Azərbaycan Ordusu - I Qarabağ Müharibəsi zamanı Xüsusi Kəşfiyyat qrupu bu baş geyimindən istifadə edirdilər. Hal-hazırda isə bu baş geyimindən Azərbaycan Respublikası Daxili Qoşunların Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi istifadə edir. Xüsusi Vasitələrin Tətbiqi Dəstəsi xüsusi təlim keçmiş peşəkar elit dəstələrdir.
ABŞ Ordusu - Birləşmiş Ştatlar Hava Təhlükəsizlik Qüvvələri.
Belarus Ordusu - Mobil Qüvvələr.
BMT - Birləşmiş Millətlər Təşkilatının Sülhü qoruyan qoşunu.
Türkiyə Ordusu - Jandarma (Türkiyə) qrumunun Dağ komando birlikləri.Dağ və Komando birlikləri ilə yanaşı Paraşütçü Komando birlikləri,Quru Qüvvələri Komandirliyi tabeçiliyində təşkilatlandırılmış birliklərdir. Jandarma Komando birliklərindən fərqli olaraq; sahələrinə görə paraşüt, alpinistlik, yaxın döyüş təhsili almış xüsusi piyada əsgərləridir. Bu əsgərlərin prioritetli vəzifəsi düşmən xəttinin gerisində olan strateji hədəflərin təsbit edilərək məhvidir.
Yunanıstan Ordusu - "Evzones" Yunan Prezidentinin Qvardiyası bu baş geyimindən istifadə edirlər.
Rus Ordusu - Rusiyanın Bort Qoşunu (Xüsusi Təyinatlı Paraşütçü-Desant Qoşunları)və Rusiya Müdafiə Nazirliyinin Tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələrdə bu baş geyimindən istifadə edirlər. thumbnail|Moskvada parad, 2009-cu il
Ukrayna Ordusu - Xüsusi Paraşüt-Desant Qoşun Birləşmələri.
Qazaxıstan Ordusu - Aeromobil Qoşunu.
Civil Air Patrol - Milli Göy Beretin diplomlu mütəxəssisləri olan Vətəndaş Hava Patrul Üzvləri.
Həmçinin bax Qırmızı beret Yaşıl beret
Xarici keçidlər
Daxili Qoşunların Mavi Beretlilərinin and içməsi Azərbaycan Mavi Beretliləri Azəri Mavi Beretliləri Türk Mavi Beretliləri Türkiyə Dağ Komando Məktəbi Jandarma Dağ Komando Məktəbi Rus Mavi Beretliləri Rus Mavi Beretlilərinə Həsr Olunmuş Mahnı
Kateqoriya:Hərb Kateqoriya:Xüsusi Təyinatlı Qoşun Birləşmələri Kateqoriya:Baş geyimləri