İradə Mehtiqulu qızı Hüseynova () — Azərbaycanlı tarixçi alim, tarix elmləri doktoru (2003), professor (2005), Azərbaycan Respublikası təhsil nazirinin müavini (2002-2011), Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri (2011- Hal-hazıradək)
Həyatı və təhsili İradə Hüseynova 19 aprel 1963-cü ildə Bakı şəhərində anadan olub. 1980-ci ildə Bakı şəhərinin 8 saylı orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinə daxil olmuş 1985-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
1981-ci ildən Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin əyani şöbəsinin II kursunda oxuyarkən, əmək fəaliyyətinə başlamış, universitetin həmkarlar təşkilatının ştat üzrə sədr müavini vəzifəsinə seçilmiş, 1981–1989-cu illərdə bu vəzifədə çalışmışdır. Elmi-pedaqoji fəaliyyətini davam etdirmək üçün Elmi Şuranın qərarı və Təhsil Nazirliyinin təyinatı ilə universitetdə saxlanılmışdır. 1982–1987-ci illərdə Azərbaycan SSR həmkarlar ittifaqının XVI, XVII və SSRİ Həmkarlar İttifaqının XVII, XVIII qurultaylarının nümayəndəsi, SSRİ Həmkarlar İttifaqının Mərkəzi Təftiş komissiyasının, rəyasət heyətinin üzvü olmuş, həmin dövrdə Azərbaycanı İttifaq səviyyəsində təmsil etmişdir. Namizədlik və doktorluq dissertasiyalarını müdafiə etmişdir.
İradə Hüseynova Heydər Əliyev haqqında "Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu" adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Bu doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulmuşdur. O, Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra elmi monoqrafiyaların və dərsliklərin müəllifidir. İradə Hüseynova Azərbaycan elmini və təhsilini ABŞ, İtaliya, Fransa, Kanada, İsveç, İsveçrə, Rumıniya, Bolqarıstan, Rusiya, Türkiyə, Gürcüstan, Türkmənistan, Belarus, İsrail və s. ölkələrdə keçirilmiş bir çox beynəlxalq elmi simpozium və konfranslarda təmsil etmiş, orada məruzələrlə çıxışlar etmişdir. Məruzələri həmçinin nüfuzlu elmi dərgilərdə dərc olunmuşdur.
İctimai-siyasi fəaliyyəti 7–8 oktyabr 2004-cü ildə keçirilən MDB dövlətlərinin yaradıcı ziyalılarının I Forumunun nümayəndəsi olmuşdur. Strasburq şəhərində Avropa Şurasının 6–7 dekabr 2001-ci il tarixində keçirdiyi beynəlxalq konfransda "Təhsildə demokratik və vətəndaşlıq prinsipləri" mövzusunda məruzə ilə çıxış etmişdir. İradə Hüseynova Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilmiş və bu vəzifədə 2002–2011-ci illərdə çalışmışdır. 2006- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası – Belarus Respublikası Dövlətlərarası Komissiyasının, Azərbaycan Respublikasının Moskva şəhəri ilə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının üzvü təyin edilmişdir. 2007-ci ildə Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının üzvü təyin edilmişdir. 2007-ci il 12 mart Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixli sərəncamı ilə "Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə" Dövlət Komissiyasının üzvü təyin edilmişdir. 9 yanvar 2007-ci il; 19 iyun 2008-ci il- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" və "Uşaq hüquqları haqqında" Konvensiyalarına uyğun olaraq Azərbaycan Respublikasının öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı həyata keçirdiyi tədbirlər barədə dördüncü dövri hesabatlarının hazırlanması üzrə işçi qruplarının üzvü təyin olunmuşdur 2009- AMEA-nın Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına üzv seçilmişdir. De-institusionalizasiya-dövlət müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı" Dövlət proqramının Respublika Əlaqələndirmə Şurasına rəhbərlik etmişdir- Əlaqələndirmə Şurasının sədri, milli koordinatoru olmuşdur. "İnkluziv təhsil" Dövlət proqramının Milli koordinatoru olmuşdur. 2011-ci il 30 may — 2 iyun- tarixlərində Bakı şəhərində YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyasının keçirilməsi üzrə işçi qrupunun üzvü olmuşdur. 2014-cü il 19 dekabrda keçirilən Azərbaycan alimlərinin I Qurultayının nümayəndəsi olmuşdur. 4 aprel 2015-ci ildə YUNESKO xətti ilə Müəllimlərin Beynəlxalq Forumuna üzv seçilmişdir. 2002–2011-ci illərdə Respublika Elmi-Metodiki Şuranın Rəyasət Heyətinin sədr müavini kimi fəaliyyət göstərmişdir. BMT təşkilatlarının (YUNİSEF, YUNESKO, YUNİFEM), UAFA, World Vision, Save the children proqramlarının aktiv iştirakçısı olmuş, beynəlxalq təşkilatların müxtəlif diplom və sertifikatları ilə təltif olunmuşdur. Fəaliyyətinin aktual və prioritet istiqamətlərindən biri də genderşünaslıq məsələlərini araşdırmaq olmuşdur. Hələ 1998-ci ilin fevral ayında Türkiyənin paytaxtı Ankara şəhərində Orta Doğu Texniki Universitetində İngiltərənin "Britiş Kounsl" təşkilatının Avropa Araşdırma və Tətbiq Mərkəzi ilə birgə "Gender inkişafda və qadın təhsili" proqramı çərçivəsində keçirilən beynəlxalq konfransda Azərbaycanı təmsil etmişdir. Eyni zamanda, bir neçə dəfə gender problemləri ilə bağlı ABŞ-nin Nyu-York şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etmiş, BMT-nin kürsüsündən qadın və kişilərin hüquqları, cəmiyyətdə yeri və rolu, təhsil sistemində gender problemləri ilə bağlı çıxışlar etmişdir. 31 oktyabr-1 noyabr 2013-cü il, 4–5 oktyabr 2014-cü il tarixlərində III və IV Bakı Beynəlxalq Humanitar Forumlarında iştirak etmiş və məruzə ilə çıxış etmişdir. 2014-cü il 10–11 noyabr tarixində keçirilən I Bakı Elm Festivalında "Multikulturalizm müstəqil Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqaməti kimi" mövzusunda geniş məruzə ilə çıxış etmişdir.. 2015-ci il 24–25 sentyabr tarixlərində Sankt-Peterburq şəhərində keçirilən MDB Parlamentlərarası Assambleya Şurasının və MDB-yə üzv dövlətlərinin qərarı ilə Avrasiya Qadınlar Forumunun nümayəndəsi olmuş, orada çıxış etmiş və nüfüzlu beynəlxalq forumda Azərbaycanı layiqincə təmsil etmişdir. 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 26–28 iyun 2016-cı il tarixdə Moskva şəhərində "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi ilə Moskva Dövlət Humanitar-İqtisad Universitetinin birgə keçirdiyi tədbirdə iştirak və çıxış etmişdir. 26–29 sentyabr 2017-ci il tarixində Rusiya Federasiyasının Elmlər Akademiyasının Moskva şəhərində Ümumi Tarix İnstitunun və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (МГИМО) birgə təşkil etdiyi "Революция 1917 года и ее место в истории XX века" adlı Beylnəlxalq elmi konfransda Azərbaycanı yüksək səviyyədə təmsil edərək, elmi məruzə ilə çıxış etmiş və elmi ictimaiyyətin böyük marağına səbəb olmuşdur. 23 28 fevral 2018-ci il tarixlərində Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə Türkiyənin Trabzon şəhərində təşkil olunmuş silsilə tədbirlərdə, beynəlxalq elmi konfransda geniş məruzə ilə çıxış etmişdir . 19–22 sentyabr 2018-ci il tarixlərində Rusiya Federal yığıncağının Federasiya Şurasının və MDB dövlətlərinin Parlamentlərarası Assambleyasının təşkilatçılığı ilə II Avrasiya Qadınlar Forumunda iştirak etmiş və "Azərbaycan Respublikasının timsalında qadınların qlobal təhlükəsizliyin təminatında və davamlı inkişafında rolu" mövzusunda məruzə ilə çıxış etmişdir. 12–22 fevral 2019-cu il tarixdə Şri-Lanka dövlətinin Kolombo şəhərində "Qadınların gələcəyi" adlı beynəlxalq səviyyəli konfransda iştirak etmiş və məruzə ilə çıxış etmişdir. 2008-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
Əmək fəaliyyəti
1981-1989 Azərbaycan Dövlət Universitetinin tələbə həmkarlar təşkilatının ştat üzrə sədr müavini 1985-2005 Azərbaycan Dövlət Universitetinin SSRİ tarixi sovet dövrü kafedrasının (sonralar adlandı - Bakı Dövlət Universitetinin Türk və Qafqaz xalqları tarixi kafedrası) baş lobarant, müəllim, baş müəllim, dosent, professor. 2002- 2011 Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə İradə Hüseynova Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilmişdir. 2011-ci ildən hazıradək Bakı Dövlət Universiteti Qafqaz xalqları tarixi kafedrasının müdiridir.
Partiya fəaliyyəti 2000-ci ildə Yeni Azərbaycan Partiyasının proporsional sistem üzrə seçkilərdə Milli Məclisə millət vəkilliyinə namizədliyi irəli sürülmüşdür. 1999–2021 illərdə YAP-ın I-ci qurultayından VII-ci qurultayına qədər "Yeni Azərbaycan" partiyasının rəhbər orqanının — Siyasi Şurasının üzvü olmuşdur. Həmçinin Bakı Dövlət Universitetində "Yeni Azərbaycan" partiyasının Qadınlar şurasının sədri olmuşdur. 2014-cü il may ayında Respublika üzrə YAP Qadınlar Şurasının və İdarə Heyətinin üzvü seçilmişdir. 2014-cü ildə YAP-ın Humanitar məsələlər üzrə komissiyasının sədr müavini seçilmişdir. Kitabları Heydər Əliyev və Qafqazda Sülh prosesi, 2008. Bakı, 670 səhifədə. Qafqaz xalqlarının tarixi, 2018. Bakı, dərslik, 1248 səhifədə (78 çap vərəqi həcmində). История народов Кавказа, 01.04.2019. Bakı. (Əsər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 2018-ci ilin yekunlarına dair hesabat məruzəsində ən mühüm elmi nailiyyət kimi qiymətləndirilmişdir). İlham Əliyev və zəfər tarixmizin şanlı səhifələri, 2021. Bakı (Monoqrafiya dövrümüzün ən aktual tarixi-siyasi hadisəsi olan, xalqımızın qəhrəmanlıq salnaməsi- 44 günlük İkinci Qarabağ müharibəsinə həsr edilmişdir). Tarix.Zaman.Düşüncələr kitabının V cildi, 2024. Bakı, 623 səhifədə (39 çap vərəqi həcçində).
Məqalələri Кавказа на пороге XXI века : Гейдар Алиев на страже мира в Кавказском регионе. Elmi Xəbərlər № 1, 2023 (İctimai və Texniki elmlər seriyası) Səh.251-260 Azərbaycan Xalq Cümhuriyyəti - Qafqazda dövlətçilik ənənələrinin nümunəsi kimi. Ailə Qadın Uşaq. №23 Səh. 49-54. jrn2018_769.pdf Проблемы мультикультурализма, современные подходы и опыт Азербайджана STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017. jrn2017_1038.pdf ВЛИЯНИЕ ИСТОРИКО-КУЛЬТУРНОГО МНОГООБРАЗИЯ НА ПОЛИТИКОМЕЖЦИВИЛИЗАЦИОННЫЕ, СОЦИАЛЬНО-ОБЩЕСТВЕННЫЕ ПРОЦЕССЫ НА КАВКАЗЕ (I). «Geo strategiya».-2013.-№4(16).-S.51-54. ARMENIAN-TURKISH RELATIONS AND GEOPOLITICAL POSITION OF SOUTH CAUCASUS International scientific journal "Law and Politology" 2015 № 29 Международный научный журнал "Право и Политология" Концепция мультикулыурализма в контексте современной науки №4(94), 2018. Политика. Стр 28-32 ИСТОРИЧЕСКОЕ НАСЛЕДИЕ ШАХА ИСМАИЛА ХАТАИ В РАЗВИТИИ АЗЕРБАЙДЖАНСКОЙ ГОСУДАРСТВЕННОСТИ. BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ № 2 Humanitar elmlər seriyası 2013 КАВКАЗ – ДРЕВНЕЙШИЙ ОЧАГ РАЗВИТИЯ ЧЕЛОВЕЧЕСКОЙ ЦИВИЛИЗАЦИИ. BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ № 3 Humanitar elmlər seriyası 2012. Heydər Əliyevin Liderlik Modeli: Milli İntibaha və Tərəqqiyə Xidmət Edən Siyasət. Politics, Political Theory, Political history, Government/Political systems. 2023 səh. ИСТОРИЧЕСКИЙ АСПЕКТ НАЦИОНАЛЬНЫХ ГЕНДЕРНЫХ ПОЛИТИК. International Conference on Gender Problems and Modern Azerbaijan November 27, Baku Azerbaijan. s.47-51 2020.
Simpozium və konfrans materialları 1998-ci ilin fevral ayında Türkiyənin paytaxtı Ankara şəhərində Orta Doğu Texniki Universitetində İngiltərənin “Britiş Kounsl” təşkilatının Avropa Araşdırma və Tətbiq Mərkəzi ilə birgə “Gender inkişafda və qadın təhsili” proqramı çərçivəsində keçirilən beynəlxalq elmi konfransda Azərbaycanı təmsil edərək "Qafqazda qadın və siyasət" mövzusunda məruzə ilə çıxış etmişdir. Ankara 9-13 fevral 1998-ci il Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda Qadınlar Şurası adından çıxış etmişdir. 21 noyabr 1998-ci il.