Axundov Ərəstun Həmzə oğlu () — Azərbaycan iqtisadçısı, əməkdar elm xadimiVəsiqə № 223. Fəxri ad 2 dekabr 1981 il tarixli Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə verilmişdir..
Azərbaycan SSR Masallı rayonunda anadan olmuşdur, 1942-ci ildə Sovet ordusuna çağırılmış, Almaniyaya qarşı döyüşlərdə leytenant rütbəsində iştirak etmişdir.
1962-ci ildə Kiyev şəhərində namizədlik, 1977-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1979-cu ildə professor elmi adını almışdır. Keçmiş SSRİ məkanında "vaxta qənaət qanunu"nun tanınmış tədqiqatçılarından biri hesab olunurdu. Bu mövzuda maraqlı tədqiqatların müəllifidir. 1982–1990-cı illərdə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, professor kimi fəaliyyət göstərmişdir.Böyük İqtisadi Ensiklopediya. Bakı 2012.
İstinadlar
Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycan alimləri