Faxralı (); 1991-ci ildən Talaveri () — Gürcüstan Respublikasının Aşağı Kartli diyarının Bolnisi bələdiyyəsində kənd. İmirhəsən və Bala Darbaz kəndləri ilə birlikdə Faxralı icma sakrebulosunu təşkil edir. Kənd şimalda Qoçulu, cənubda Bala Darbaz, şərqdə Saraçlı, şimali-şərqdə İmirhəsən, qərbdə Kəpənəkçi, şimali-qərbdə Xatissopeli, Mığırlı və Cəfərli kəndləri ilə əhatələnib.

Etimologiya Bu oykonim xalq etimologiyasına görə, "Fəxr" sözü ilə "Alı" şəxs adının birləşməsindən, başqa bir etimologiyaya görə isə, "fağır" sözü ilə "Alı" antroponiminin – şəxs adının birləşməsindən yaranıb. "Faxralı" oykoniminin birinci komponentindəki, yəni "fəxr" sözündəki "ə" incə saitinin qalın "a" səsinə çevrilməsini nəzərə alsaq, onda "Faxralı" kənd adının "Fəxr" və "Alı" şəxs adından düzəlməsi düşünülür. 90-cı illərin əvvəllərində rayonun digər 32 kəndinin adı kimi Faxralı toponimi də dəyişdirilmiş, "gürcüləşdirilmiş" və Talaveri (gürcücə hərfi mənası "üzüm talvarı", "üzümlük" anlamına gəlir) adlandırılmışdır.

Tarix 200px|thumb|right|Faxralı kəndi 1869-cu ildə tərtib edilmiş Qafqaz diyarının 5 verstlik xəritəsində Kəndin tarixi tam olaraq araşdırılmamışdır. Buna baxmayaraq kəndin təxminən 800 illik yaşayış yeri olduğunu fərz etmək münkündür. Kənddə XII, XIV və XVI əsrlərə aid islami qəbirüstü abidələr vardır.Son söz. — Faxralıda qədim qəbirüstü abidələr, səh. 256 // Görüm Faxralının biri olsun beş… . — Müəllif: Hüseynqulu Məmmədli (Məmmədov); Redaktor: Əflatun Amaşov. Bakı: "Ağrı Dağ" nəşriyyatı, 2002, 264 səhifə. Faxralı kəndinin adına dair ilk yazılı məlumatlara hazırda Tbilisi arxivində saxlanılan XV əsrə aid gürcü mənbələrində rast gəlinir. XVII əsrin sonlarından başlayaraq kəndin əhalisi Azərbaycanın xüsusilə Qazax-Gəncə və Qarabağ bölgələrindən, eləcə də İrandan gəlmələr hesabına xeyli artmışdır.

11 mart 1864-cü ildə Qafqaz canişini knyaz Mixail Nikolayeviç Romanovun əmri ilə təsis edilmiş Qafqaz Arxeoqrafiya Komisiyasının Qafqaz Canişinliyi Baş İdarəsinin arxivlərində toplanılmış sənədlər əsasında nəşr etdirdiyi "Qafqaz arxeoqrafiya komisiyasının topladığı aktlar" külliyatının 1866-cı ildə Tiflisdə nəşr edilmiş I cildində 575 nömrəli işdə 8 may 1802-ci il tarixli siyahıda Faxralı inzibati cəhətdən Loru qəzasına daxil olan və əhalisi azərbaycanlılardan ibarət mülkədar kəndi kimi göstərilmişdir.Акты, собранные Кавказской Археографической комиссией. Архив главного управления наместника Кавказского. Том I . Напечатан под редакцией, представителя комиссии статс-советника Адольфа Петровича Берже. Тифлис. Типография Главного Управления Наместника Кавказского. 1866 год. Оглавление: Часть вторая: V. Вступление Грузии в Русское подданство и учреждение в ней правительство: 575. Ведомость о разделении Грузии на пять уездов три в Карталинии — Лорийский, Горийский и Душетский, и два в Кахетии — Телавский и Сигнахский, с показаниями 1) уездных городов и селений, к уездам тем принадлежащих, поколику, селения сии доселе дознаны; 2) наций жителей, в городах и селениях тех обитающих; 3) принадлежности их к казне, к церкви, к уделам членов царственного Грузинского дома и к помещикам, и 4) как иноплеменные народы должны быть управляемы по исключительным привилегиям. Мая 8-го дня 1802 года , стр. 463

Coğrafiyası Kəndin ümumi ərazisinin dəniz səviyyəsindən hündürlüyü 520 – 650 metrdir. Kiçik Qafqaz sıra dağları sisteminə aid olan Ağzıböyük silsiləsinin şimal ətəklərində Dələver çayının üzərində yerləşir. Coğrafi koordinatları 44° 38' 41" şərq uzunluğu, 41° 23' 08" şimal enliyidir. Rayon mərkəzindən 12 km. cənub-şərqdə, paytaxt Tiflisdən 40 km cənub-qərbdə yerləşir. Ən hündür nöqtəsi 1416 metrə çatan Qaradağ dağıdır. Faxralı coğrafi cəhətdən rayonun Saraçlı, Qoşakilsə, Molla Əhmədli, İmirhəsən və Xaçın kəndləri ilə qonşudur.

İqtisadiyyat Əsas təsərrüfatçılıq sahəsi kənd təsərrüfatı olan kəndin ərazisi 17 min hektar ərazini əhatə edir. 2,5 min hektaradək əkinə yararlı torpaq sahəsinə malik Faxralı (2006-cı ildə Borçalı bölgəsi üzrə becərilmiş torpaqların 3,6%-i) mühüm taxılçılıq, üzümçülük, kartofçuluq və tərəvəzçilik bölgəsi kimi tanınır. Geniş təbii otlaq sahələrinə malik olduğundan maldarlıq və arıçılıq geniş yayılmışdır.

Əhali 1860-cı ildə tərtib edilmiş kameral təsvirə əsasən kənddə hamısı Azərbaycan tatarları olan 79 ailədə 443 nəfəri kişi, 376 nəfəri qadın olmaqla cəmi 819 nəfər əhali yaşayırdı. 1869-cu ildə tərtib edilmiş kameral təsvirə əsasən Tiflis quberniyasının Tiflis qəzasının Faxralı kəndində Azərbaycan tatarlarından ibarət 73 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 146 26Qriqori təqviminə əsasən; Yuli təqvimi ilə mayın 14-ü. may - 29Qriqori təqviminə əsasən; Yuli təqvimi ilə dekabrın 17-si. dekabr 1886-cı il tarixli kameral təsvirə əsasən Tiflis quberniyasının Borçalı qəzasının Faxralı kəndində tatarlardan (azərbaycanlılardan) ibarət 1.009 nəfər əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. — 1893 Rusiya İmperiyasının 28 yanvar – 9 fevral 1897-ci il tarixli birinci əhali sayımına əsasən Tiflis quberniyası, Borçalı qəzasının Faxralı kəndində 1.309 nəfər (720 nəfəri kişilər, 589 nəfəri qadınlar) əhali yaşayırdı və onların 1.305 nəfəri müsəlman idi.Первая всеобщая перепись населения Российской Империи 1897 года. Под редакцией Николай Александровича Тройницкого. Населённые места Российской империи в 500 и более жителей с указанием всего наличного в них населения и числа жителей преобладающих вероисповеданий по данным первой всеобщей переписи населения 1897 года. Санкт-Петербург, 1905. Печатано по распоряжению Господина Министра Внутреннихъ Делъ. Типография "Общественная польза". Большая Подъяческая ул., д. № 39. Паровая Типо-Литография Н. Л. Ныркина. Измайловский полкъ, 7 рота, д. № 13. Оглавление: Губернии и области Кавказа.—>LXIX. Тифлисская губерния, стр. 51 1 yanvar 1915-ci il tarixinə Tiflis quberniyası Borçalı qəzasının Faxralı kəndinin tatarlardan ibarət 2,105 nəfər əhalisi var idi.Тифлис, Канцелярии Наместника Кавказского. 1915. "Кавказский календарь на 1916 год"./Оглавление: Глава — Отдел статистики: Алфавитный список населенным местам Кавказского края имеющим населения более 1000 душ обоего пола, с показанием народности, стр.31 1979-cu il siyahıyaalınmasının yekunlarına əsasən kənddə 5859 nəfər əhali yaşayırdı. Kənd əhalisi 1870-ci ildə 170 ailədə 1139 nəfər, 1886-cı ildə 1145 nəfər, 1926-cı ildə 470 ailədə 2321 nəfər olmuşdur. 2014-cü ildə aparılmış sonuncu siyahıyaalmanın nəticələrinə əsasən Faxralıda 5038 nəfər sakin (rayon əhalisinin 9,4%-i) yaşayır ki, onlardan da 50,7%-i kişilər, 49,3%-i isə qadınlardır. Yüksək əmək miqrasiyası ilə əlaqədar əhalinin sayı 2002-ci ildə keçirilmiş əvvəlki siyahıyaalmadan etibarən 27% azalmışdır.

Ailə üzvlri orta say hesabı ilə 41%-i 4–5 nəfərdən ibarətdir. Çoxuşaqlılığın geniş yayılması səbəbindən hər ailəyə düşən sakinlərin sayı (4,6 nəfər) rayonun (4,0 nəfər) və respublikanın orta göstəricisini (3,5 nəfər) qabaqlayır. Rəsmi statistikaya əsasən kənd əhalisinin 99%-i azərbaycanlılardan ibarətdir.

Faxralı əhalisinin sayı baxımından rayonda 1-ci ən böyük kənd, Bolnisi şəhərindən sonra isə 2-ci ən böyük yaşayış məntəqəsidir. +Faxralı kəndinin əhalisi Siyahıyaalma tarixi Əhalinin sayı Etnik çoxluq 1860 819 azərbaycanlılar 1886 1 049 azərbaycanlılar 1915 2 105 azərbaycanlılar 1926 2 557 azərbaycanlılar 1979 5 859 azərbaycanlılar20026 891azərbaycanlılar 2014 5 038 azərbaycanlılar

Nəsillər 1835–1836-cı illərə olan məlumata əsasən kənddə Xudular, Güllər, Yahyalar, İveylər, Qasımlı, Aşırlı, Kovxalı, Hasannı tayfalarından ibarət 120–dən artıq ev olub.Tarixi keçmişimizə bir baxış, səh. 17. // Görüm Faxralının biri olsun beş… . — Müəllif: Hüseynqulu Məmmədli (Məmmədov); Redaktor: Əflatun Amaşov. Bakı: "Ağrı Dağ" nəşriyyatı, 2002, 264 səhifə.

Hüseynqulu Məmməd oğlu Məmmədlinin məlumatlarına əsasən 1920–1921-ci illərdə Gürcüstan SSR qurulana qədər Faxralıda təxminən bu tayfalar yaşayırdılar: Hasanlı, Alqullar, Abış evi, Cimilər, Cananlar, Endirlər, Qazaxlı, Qurbanlılar, Əhmədalılar, Nabadoğulları, Aşırlı, Dərgahlı, Şeşəpapaqlar, Xuduöyü, Daqqalar, Əfgərli, Quyraxlı, Zamanlı, Çöllüöyləri, Vərzalar, Qarabədəllər, Güllər, Hacı Molla Oruclar, Yahyalar, Mollaöyü, Novruzöyü, Keçili, Mahmıdlar, Orucunnu, Bayrışdar, Alməmmədli, Bədəlli, Məməşdər–Teşərələr, Amaşdı, Məsimoğulları, Baləmmətli, Qubuş evləri, Babaşdı, Nəsib öyü, İramazan öyü, Baytallı, Kələli, Hasan öyü, Əhməd öyü, Ayvaz öyü, Şirrətdi, Qasımlı, Şamratdı, Alqazaxlar, İskəndərlər, Tamılar, Göyüşdər, Adgözəllər, Kovxalılar, Nurular, Vəlxanlı, Şahbuzlular, Ayrımlar, Təhlələr, Nağılar, Həvillər, Qalayçılar, Xəlfələr, Sədilər, İmannı, Quşayvazlar, İveylər (Qarammədli və s.), Qəmbərli, Poladlı, Fatoylar, Budaxlı, Kələşdi, Gödəklər…Tarixi keçmişimizə bir baxış, səh. 17 – 18. // Görüm Faxralının biri olsun beş… . — Müəllif: Hüseynqulu Məmmədli (Məmmədov); Redaktor: Əflatun Amaşov. Bakı: "Ağrı Dağ" nəşriyyatı, 2002, 264 səhifə.

Görkəmli şəxsiyyətlər

Nəbi Miskin - El Şairi Sarvan Bayram - Aşıq Qara Namaz - Qaçaq Güllər Pərisi - Şairə Kərbəlayi Qara Qərib - Şair İsmayıl Güllər - Şair Müsəllim Məmmədov - Aşıq

Elmlər doktorları Oruc Bayram oğlu Piriyev (d. 1921 – ö. 1997) — alim, tarix elmləri doktoru. Şəmistan Abdu oğlu Mikayılov (d. 1929) — alim, pedaqoji elmlər doktoru. Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — alim, kənd təsərrüfatı elmləri doktoru. Şamil Dünyamalı oğlu Qurbanov (d. 1934 – ö. 2004) — alim, filologiya elmləri doktoru, Azərbaycan Milli Məclisinin I çağırışı və II çağırışında millət vəkili. Əli Məhərrəm oğlu Hüseynov (d. 1935) — alim, biologiya elmləri doktoru, professor. Tahir Musa oğlu Pənahov (d. 1936) — alim, fizika-riyaziyyat elmləri doktoru, professor. Mahal Şaban oğlu Qurbanov (d. 1957) — alim, pedaqoji elmlər doktoru. Əflatun Mürsəl oğlu Həsənov (d. 1959) — alim, fizika-riyaziyyat elmləri doktoru.AMEA : Struktur: İnstitut və təşkilatlar: Radiasiya Problemləri İnstitutu: Elmlər doktorları: Əflatun Mürsəl oğlu Həsənov Süleyman Mehrəli oğlu Qasımov (d. 1961) — alim, iqtisad elmləri doktoru

Mədəniyyət Hazırda Faxralı kəndində 3Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: Образование: Школы azərbaycandilli orta məktəb, 1 stasionar xəstəxana və 1 məscid fəaliyyət göstərir. Sovetlər dövründə istifadəyə verilmiş mədəniyyət klubu 80-ci illərin sonlarında naməlum şəraitdə yandırılmışdır. Bundan başqa kənddə fəaliyyət göstərmiş 2 kitabxana da dağıdılmışdır.

Nəqliyyat

Sosial sfera

Təhsil Kənddə 3 orta məktəb fəaliyyət göstərir. 2014–2015-ci tədris ili üzrə rəsmi məlumatlara əsasən məktəblərdə bütövlükdə 512 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 68 müəllim məşğul olur.

Səhiyyə Kənddə 100% dövlət mülkiyyətində olan ambulator xəstəxana yerləşir. Ambulatoriyaya 26 fevral 2010-cu ildən Tahir Bayramov rəhbərlik edir.

Telekommunikasiya

Bayramlar Kənd əhalisi əsasən regionun azərbaycanlı subkulturasına xas olan milli və dini bayramları keçirirlər. Bunlardan Novruz Bayramı xüsusi dəbdəbə ilə qeyd edilir. Kəndin coğrafi mövqeyi ilə əlaqədar olaraq Novruz Bayramı ətraf dağ və təpələrdə yandırılan çoxsaylı tonqallarla seçilir.

Məscid insidenti 300px|thumb|right|Faxralı kənd məscidi, 2011-ci il