Ümumi yayılması İranda təbii arealı vardır.
Azərbaycanda yayılması Lerik, Lənkəran, Masallı ilə Yardımlı arasında olan Viləşçay vadisində, Yuxarı Qarabağda və Daşaltı meşələrində rast gəlinir.
Statusu Nəsli kəsilmək təhlükəsində olan relikt növdür. CR A1ab; B1bc (iii,iv).
Bitdiyi yer Enliyarpaqlı meşələrin alt yarusunda daha çox rast gəlinir.
Təbii ehtiyatı Arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri Həmişəyaşıl, yarpaqları növbəli düzülüşlü, ağac və ya koldur. İki və ya birevli bitkidir. Budaqlarının qabığı ağımtıl-bozdur, zoğları qonurumtuldur, qısa tüklüdür. Yarpaqları 2-7 sm uzunluqda, 1-3 sm enində olur, həmişəyaşıl, dərivarı, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Damarların toru yarpağın üst hissəsində aydın nəzərə çarpır, yan damarlar 4-6 cütdür. Yarpaq saplaqları qısa olub, 5–6 mm uzunluqdadır. Çiçəkləri bir və ya ikicinsli, xırda, yaşılımtıl-ağ, 4-5 üzvlüdür. Yumurtalığı üst, 4-5, çox yuvalıdır. Meyvəsi 2-4 (bəzən 9) çəyirdəkli olub, bərk və yağlıdır. Meyvəsi qırmızıdır, 7–9 mm uzunluğunda, 6–7 mm enindədir. Çəyirdəkləri ensiz, güclü görünən qabırğacıqlı və yan tərəfdən tillidir. May ayında çiçəkləyir, sentyabr-oktyabrda meyvəsi yetişir.
Çoxalması Təbiətdə əsasən vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyəti və toxum keyfiyyətinin aşağı olmasdır.
Becərilməsi Mədəni halda becərilir.
Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş, milli park və dövlət qoruqlarında qorunur.
Zəruri qoruma tədbirləri: Yasaqlıqların yaradılması vacibdir.
Həmçinin bax Hirkan şümşəsi (Hirkan pirkalı)
Ədəbiyyat Деревья и кустарники СССР. Т.4. 1958.; Флора Азербайджана. т.6.1955; Azəraycanın ağac və kolları. III cild. 1970; Azərbaycan florasının konspekti. I-III cildlər.2005;2006;2008; Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in sutu və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı. 2011
Məlumat mənbəsi Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh. http://dendrologiya.az/?page_id=112
Kateqoriya:Avstraliya ağacları