Picasa — Lifescape şirkəti tərəfindən yaradılmış rəqəmsal təsvirlərin icrası üçün nəzərdə tutulmuş pulsuz proqramLifescape's Picasa aims to be your digital "shoebox" . By Michael R. Tomkins, The Imaging Resource (Monday, November 18, 2002–15:49 EST). Published on imaging-resource.com under "Comdex Fall 2002 Show" .. "Picasa" adı ispan rəssamı Pablo Pikassonun adına uyğun olaraq, mi casa (isp. mənim evim) və "pic" (ing. təsvir, şəkil) sözlərindən yaranmışdır. 13 iyun 2004-cü ildə Picasa Google şirkəti tərəfindən satın alınmışdır"Google Picasa", Obsessable, 2009.. Picasa fotoserverlərlə ( Picasa veb-albomları), həmçinin Blogger, Gmail, YouTube, Google Earth və Google Plus xidmətləri ilə birləşmişdir.

Proqramın imkanları və çatışmazlıqları

İmkanlar Skanerdən və kameradan kompüterə şəkillərin yüklənməsi. Kompüterin sərt diskində olan şəkillərin avtomatik indeksləşdirilməsi. Adi və tam ekran, həmçinin slayd-şou rejimində təsvirlərə baxış. Geoteqləmə: Picasa, təsvirin EXIF meta-məlumatlarlarının koordinatları göstərə bilir. Şəkillərin redaktəsi Şəkillərə müxtəlif effektlərin tətbiqi. Şəkillərin çapı. Şəkil kollajlarının yaradılması. Elektron poçtla şəkillərin göndərilməsi. Şəkillərdən slayd-şouyla ekran şəkillərinin və kompakt-disklərin şəkilləri əsasında yaradılma. Təsvirin redaktəsi zamanı redaktə olunan təsvirin orijinal formasının gizli qovluqda saxlanılması.

Çatışmazlıqlar Hərəkətli GIF-fayllarını icra edə bilmir. Bəzən, PNG formatında olan şəkillərdə alfa-kanalın təsviri zamanı problemlər olur. Albom daxilində başqa albom yaratmaq olmur. Çoxvərəqli TIFF-faylları əks etdirmir. Təsvirlərin ölçülərini dəyişdirmək narahatdır.

Mənbə

Xarici keçidlər Rəsmi saytı Picasa Web Albums

Kateqoriya:Fəaliyyəti dayandırılmış Google xidmətləri Kateqoriya:Fəaliyyəti dayandırılmış Google proqram təminatları