Zaur Mir Tofiq oğlu Hüseynov () — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri (2014–2024).

Həyatı Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirmişdir.

Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilmişdir.4

Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.

Həmçinin bax Bakı metropoliteni

İstinadlar

Kateqoriya:Bakı Metropoliteninin rəhbərləri