thumb|Nəmin şəhristanının Ərdəbil ostanındakı yerləşimi Nəmin şəhristanı — İranda, Ərdəbil ostanında şəhristan.
Şəhristan Azərbaycan Respublikasının Lerik və Astara rayonları ilə həmsərhəddir. Əhalisi əsasən azərbaycan türkləri və az sayda Azərbaycan Respublikasının Lerik rayonu ilə sərhəddə yaşayan talışlardan ibarətdir. Xalqın 79%-i İslamın şiə cəfəri və 21%-i sünni şafi məzhəblərinə etiqad edirlər.İrna: درصد جمعیت نمین را اهل تسنن تشکیل میدهندفرماندار شهرستان نمین گفت: 21 درصد جمعیت شهرستان نمین را برادران اهل تسنن تشکیل داده و 79 درصد را شیعیان در بر میگیرند. Şiə etiqadlı əhalinin hamısı azərbaycan türkləri olaraq; sünni əhali əsasən talışlardan ibarətdir. Bölgənin Tiğiyə və Rəz kəndlərində yaşayan sünni əhali azərbaycan türkləridır.
İri yaşayış məntəqələri - Nəmin şəhəri, Girdə, Anbaran, Dövlətabad, Vilkic, Sula, Nüvəşnə, Piləçay, Kanaza, Qışlaq çay kəndləridir. Şəhərdə yüzə yaxın kənd vardır.
Qəsəbələr / Kəndlər Fətəməqsud, Orunc, Doşan bulaq, Xaca bulaq, Yeznabad, Kolandərə, Küləş, Əmincan, Ceyit, Sulud, Göllü, Xankəndi, Nüədi.
Tarixi yerlər Şeyx Bədrəddin məqbərəsi, Xanbağı, Şindan qalası.
Əl işləri Kilim, Məsnəd, Cecim, Hana, Palaz, Xalça, Fərş, bu bölgənin kəndlərində toxunur.
İqlimi Yayı quraq keçən mülayim-isti.
Gözəl Heyran gədiyi bu şəhər və Astaranın arasındadır. Bu gədiyin yanındaklı Fındıqlıq meşəsinə ildə bir miliyon nəfərdən artıq gəzməyə gəlirlər.
Nəmin şəhristanının şəhərləri Nəmin Anbaran Abibəyli
Nəmin şəhristanının inzibati bölgüsü Mərkəzi bəxşi İnzibati mərkəzi: Nəmin DEHİSTANLARI Dövlətabad dehistanı KƏNDLƏRİ: Ağzamankəndi, Əlibulağı, Ənzab-i Süfla, Dövlətabad, Dovşanbulağı, Lorun, Novcadeh, Saxsılı, Sərbənd, Təpə, Yaclı, Yengicə-i Mollaməhəmmədrza, Yeznabad Girdə dehistanı KƏNDLƏRİ: Əlikəmər, Ağayarlı, Boyaqçılı, Fəth-i Maqsud, Kolandərə-i Ülya, Kolandərə-i Süfla, Girdə, Gövdlər, Hüşnə, Xəlilkəndi, Xankəndi, Xoşabad, Məscid-i Məhəllə, Nəzərəlikəndi, Novaşnaq, Üçbulaq, Ürənc, Pircavar, Pirzadə, Qala, Qazikəndi, Qılıçqışlağı, Qışlaqçay, Salehqışlağı, Seyfabad, Solut, Yüzbaşıməhəlləsi Vilkic-i Şimali dehistanı KƏNDLƏRİ: Arpatəpəsi, Dəyirmandərə, Dudaran, Kolalı, Ciyərkəndi, Cüləgəran, Kərimkəndi, Kinəzəq, Xanəgah-i Ülya, Xanəgah-i Süfla, Xaşəheyran, Külləsər, Mehdiposti, Nanəkaran, Novdeh, Ulağan, Pətəxor, Sula, Suludərə, Yengicə Anbaran bəxşi İnzibati mərkəzi: Anbaran DEHİSTANLARI Anbaran dehistanı KƏNDLƏRİ: Anbaran-i Ülya, Qışlaq-i Piləzir, Qışlaq-i Sərabad Minabad dehistanı KƏNDLƏRİ: Ceyd, Külüş, Minabad, Mirzənəq Vilkic bəxşi İnzibati mərkəzi: Abibəyli DEHİSTANLARI Vilkic-i Cənubi dehistanı KƏNDLƏRİ: Hür, Rəz, Saqqızçı, Tiğiyə Vilkic-i Mərkəzi dehistanı KƏNDLƏRİ: Ağbulaq-i Mustafaxan, Aladizgah, Arxazlı, Beris, Düvərcin, Gərmçeşmə, İril, Cablı, Xəlifəli, Mahmudabad, Marani, Mirzərəhimli, Niyarəq, Qaraçanaq, Qarahəsənli, Qaratəpə, Səidabad, Suha, Təzəkənd-i Loğmanabad, Yoncalı
İstinadlar
Kateqoriya:Ərdəbil ostanının şəhərləri Kateqoriya:Ərdəbil ostanının şəhristanları