Təzəkənd bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.

Tarixi 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunla vətəndaşların müraciəti nəzərə alınaraq, Ağdam rayonunun Təzəkənd bələdiyyəsi yaradılıb. Elə həmin Qanunla da "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Qanunun əlavəsi yeni redaksiyada verilərək, onun "Ağdam rayonu" hissəsinin 12-ci bəndində "Təzəkənd bələdiyyəsi" təsbit edilmişdir.

2004 - 2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.

"Bələdiyyə qulluğu haqqında" Qanuna uyğun olaraq, Bələdiyyədə mühasib və digər bələdiyyə qulluqçuları fəaliyyət göstərib.

2004-cü ildən bu Bələdiyyə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında" Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.

01.02.2005-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş 1-cü Qərarı ilə Bələdiyyənin ilk və son Nizamnaməsi təsdiq edilmiş, Ağdam rayonunun Əhmədağalı bələdiyyəsinin 10.04.2025-ci il tarixli 04 nömrəli Protokolunda təsbit edilmiş 3-cü Qərarı ilə ləğv edilmişdir.

03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.

01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin "2. Ağdam rayonu bölməsində: 5) 12-ci sırada "Təzəkənd bələdiyyəsi" sözlərinin qarşısındakı "Təzəkənd kəndi" sözləri "Təzəkənd kəndi və Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələri" sözləri ilə;" əvəz edilib.

2020 -2024-cü illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi) və Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirib.

18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı dəyişikliklər edilib: 7.4. Əhmədağalı, Qərvənd və Təzəkənd bələdiyyələrinin əhatə etdiyi Bənövşələr, Birinci Dördyol, İkinci Dördyol, Təzəkənd qəsəbələrində və Ayaq Qərvənd, Çıraxlı, Əhmədağalı, Kolqışlaq, Mirəşelli, Orta Qərvənd, Təzəkənd kəndlərində Əhmədağalı bələdiyyəsi" yaradılıb.

Mərkəzi və ərazisi "Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna əsasən Ağdam rayonunun Təzəkənd bələdiyyəsinin mərkəzi Ağdamın Nəmirli kənd inzibati ərazi dairləsində yerləşən Təzəkənd kəndində olub.

Bu Bələdiyyələnin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik koduİnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Təzəkənd bələdiyyəsi3200032011321260950007Nəmirli kənd iəd60915005Təzəkənd kəndi60915058Təzəkənd qəsəbə iəd60950005Təzəkənd qəsəbəsi60950016Birinci Dördyol iəd60942005Birinci Dördyol qəsəbəsi60942016İkinci Dördyol iəd60946005İkinci Dördyol qəsəbəsi60946016

İstinadlar

Kateqoriya:Ağdam rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:2004-cü ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr