Əbül-Vəfa Məhəmməd ibn Məhəmməd ibn Yəhya ibn İsmayıl ibn əl-Abbas əl-Buzcani (, ) — Triqonometriyanın banisi hesab olunan fars astronomu və riyaziyyatçısı, Diofantın "Hesabının" şərhçisi; kəsrlər nəzəriyyəsinə ətraflı baxmış, pərgar və xətkeşin köməyi ilə əsas həndəsi qurmaları tətbiq etmişdir."Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008. səh.606

Həyatı Xorasanın Buzcan qəsəbəsində anadan olduğu üçün nisbəsi "Buzcani"dir. Ləqəbləri "Mühəndis" və "Həsib"dir.

Həyatı haqqında ətraflı məlumatlar yoxdur. İlk riyazi biliklərini əmisi və dayısından almışdır. Daha sonra Bağdada gedərək təhsilini davam etdirmişdir.

Əbül-Vəfa 998-ci ildə Bağdadda vəfat etmişdir.

Fəaliyyəti X əsrdə yaşamış Bəttani ilk dəfə triqonometriyanı kəşf etmişdir. Onunla eyni əsrdə yaşamış Əbül-Vəfa isə triqonometriyaya "sekant-kosekant" terminlərini gətirmişdir.

Əbül-Vəfa tangens, kotangens və kosekantı ilk istifadə edən alim kimi tanınır.

O, "əz-Zicüş-şamil", "əl-Məcisti" və başqa əsərlərin müəllifidir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Fars riyaziyyatçılar Kateqoriya:Fars astronomlar Kateqoriya:İran şəxsləri