Xaim Veysman adına institut () Rexovotda — İsraildə ali təhsil müəssisəsi və çoxprofilli elmi-tədqiqat institutu. Veysman institutunda təbiət elmləri sahəsində (riyaziyyat, fizika, kimya, biologiya, informatika, nevrologiya və beyinin tədqiqi) tədqiqat şöbələri vardır. İnstitutda həmçinin ikinci və üçüncü akademik səviyyəyə daxil olmaq istəyən tələbələr üçün Faynberq adına ali məktəb fəaliyyət göstərir. İnstitut bakalavr səviyyəsində fəaliyyət göstərmir. Tədris ingilis dilində həyata keçirilir.
Tarixi Ali məktəb Rexovotda 1934-cü ildə Ziv ailəsi tərəfindən vaxtsız vəfat etmiş oğlanları Daniel Zivin xatirəsinə təsis edilib.
Həmçinin bax
İsrail universitetlərinin siyahısı
Mənbə
Rəsmi sayt
İstinadlar
Kateqoriya:1933-cü ildə yarananlar Kateqoriya:İsrail universitetləri