Köhnə Alvadı məscidi — Azərbaycanın Masallı rayonunun Köhnə Alvadı kəndində yerləşən tarixi-memarlıq abidəsi.

Tarixi 1998-ci ildə kənd əhalisi tərəfindən inşa edilmişdir. Həcminə görə bölgənin ən iri məscidlərindən sayılır. Məscidin uzunluğu 36, eni 18 metrdir. Ümumi sahəsi 648 kv.metr olan bu məsciddə eyni vaxtda 600 nəfər sərbəst namaz qıla bilər. Məscid 2 minbərdən və 2 minarədən ibarətdir. Burada su, kanalizasiya və ən müasir istilik sistemi quraşdırılmışdır. Məsciddə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş dini icma fəaliyyət göstərir.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı

İstinadlar

Kateqoriya:Masallı rayonunun məscidləri Kateqoriya:1998-ci ildə yarananlar Kateqoriya:Masallı məscidləri