Qıtqılıda — tarixi Azərbaycan qadın rəqslərindən biri. Melodiyası bir qədər "Nəlbəki" rəqsininkinə bənzəyir.

Tarixçə Onun yaradıcısı və ilk ifaçısı ünlü qarmonçalan Teyyub Dəmirov olmuşdur. Məşhur qarmonçalan Qızxanım Dadaşovanın ifasında yadda qalıb.

Bu rəqs ilk dəfə 1937-ci ildə Səid Rüstəmov tərəfindən nota salınıb.Elnarə Dadaşova. Azərbaycan xalq rəqslərinin not yazıları haqqında . "Musiqi dünyası" jurnalı.

Özəllikləri Qadın dəstəsi ilə ifa edilir. Qadınların məişət durumunu əks etdirən xalq yumoru, yreinə düşən məzəli hərəkətlərlə boldur. Qızlar bir-birinin ardınca səhnəyə çıxaraq öz rəqsləri ilə deyingən qaynananı, kələkbaz cavan qadını, gah da qız-gəlini təsvir edirlər. Bu rəqsin əsas xüsusiyyəti ağır və mülayim hərəkətlərin birdən birə cəld və coşğun hərəkətlərlə əvəz edilməsindədir. Həmçinin burcutma, əl və çırtıq çalma hərəkətlərindən, göz-qaş ilə incə mimikalardan də geniş istifadə olunur. Rəqs vaxtı ifaçıya istədiyi qədər sərbəst hərəkət etməyə imkan verilir.Qəmər Almaszadə. Azərbaycan xalq rəqsləri (metodik vəsait) . Bakı: "Birləşmiş nəşriyyat", 1959.

Qıtqılıda bəstəkar musiqisində Üzeyir Hacıbəyov bu rəqsi "O olmasın, bu olsun" operettasında (1911) Gülnazın toy səhnəsinə salıb.

İstinadlar

Video "O olmasın, bu olsun" filmi (1956) - Gülnazın toyunda Qıtqılıda rəqsi "Azərbaycan xalq rəqsləri" verilişləri - Qıtqılıda

Həmçinin bax Nəlbəki (rəqs) O olmasın, bu olsun (film, 1956) Azərbaycan musiqisi

Kateqoriya:Azərbaycan rəqsləri