Boqota və ya Santa-Fe-De-Bogota — Kolumbiyanın paytaxtı və ən böyük şəhəri; Kundinamarka departmanının mərkəzi. Əhalisi 6.8 milyon nəfərdir. Cənubi Amerikanın ən tez böyüyən meqapolislərindən biridir. 2008-ci ildən etibarən dünyanın 36-cı böyük şəhəri sayılır və əhali sıxlığına görə 33-cü pillədədir.
Şəhər haqqında Boqota meqapolisi ölkənin "Paytaxt Rayonudur". (, qısaca D.C.); beləcə birbaşa mərkəzi hakimiyyət tərəfindən idarə olunur və Vaşinqtona bənzər bir statusa malikdir. Boqota ölkənin başlıca şəhəridir, bir çox universitet, lisey, muzey, tarixi abidələrlə Kolumbiyanın iqtisadi və mədəni mərkəzi sayılır.
Əhalisi Şəhərində 6.8 milyon, şəhərətrafı ilə birlikdə isə 7,9 milyon əhali yaşayır.
Mədəniyyət Kolumbiyanın tarixi mərkəzi sayılan Boqota, şəhərin dar küçələri ilə uzanan dağlar şəbəkəsindən ibarətdir. Şəhərdə XVII-XIX əsrlərə aid tarixi abidələr qorunur.
Qardaş şəhərlər 29 oktyabr 1971-ci ildə, Boqota şəhəri aşağıdakı şəhərlə şəhər qardaşlaşması müqaviləsi imzaladı: Mayami, ABŞ
14 iyun 1982-ci ildə şəhər aşağıdakı şəhərlə beynəlxalq əlaqələr yaratmaq məqsədilə şəhər qardaşlaşması müqaviləsi imzaladı: Seul, Cənubi Koreya
Sonrakı dövrlərdə aşağıdakı şəhərlərlə də belə müqavilələr imzalandı: Asunson, Paraqvay Brazilia, Braziliya Buenos Ayres, Argentina Qvatemala, Qvatemala Lima, Peru Havana, Kuba Karakas, Venesuela La Pas, Boliviya Havana, Kuba Madrid, İspaniya Lissabon, Portuqaliya Mexiko, Meksika Manaqua, Nikaraqua Montevideo, Uruqvay Panama, Panama San-Xose, Kosta Rika San Juan, Puerto-Riko Santyaqo, Çili San Salvador, Salvador Santo Dominqo, Dominikan Tequsiqalpa, Honduras Ottava, Kanada Həmçinin bax Kolumbiyanın inzibati bölgüsü Tunxa Monteriya Kibdo Florensiya (Kaketa) İnirida San Xose del Quavyare
Xarici keçidlər
, Bogota Turizm ,
Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər