"Dinamo Buxarest" () — Rumıniyada fəaliyyət göstərən idman klubudur. Bu ölkənin ən nüfuzlu və böyük şəhəri,həmçinin paytaxtı olan Buxarest şəhərini təmsil edir. İdman klubu ən böyük xərci Dinamo Buxarest Futbol Klubuna edir. CS Dinamo Buxarest QVK isə bu klubun qadın voleybol şöbəsidir. Adının əvvəlindəki "CS" da Clubul Sportiv yəni,idman klubu mənasına gələn söz birləşməsinin qısaldılışıdır.
Tarixi 1948-ci ildə qurulan Dinamo Buxarest Qadın Voleybol Komandasının Rumıniya çempionatındakı ilk nailliyyəti 1957-ci ildə qazandığı çempionluq olur. Daha sonra ölkə çempionatında Rapid Buxarest hakimiyyəti başlayır. Bu hegomonluq 1968-ci ilə qədər davam edir.1974-cü ildə isə ölkə çempionatında Dinamo qasırğası baş verir. Ardıcıl 10 dəfə ölkə çempionluğunu CS Dinamo Buxarest QVK qazanır. Yalnız 1985-ci ildən sonra ölkə çempionatının kuboku buxarestlilərin muzeyini tərk edir.Secţia de Volei Feminin CS Dinamo Bucureşti Komandanın son ölkə çempionluğu isə 1989-cu ilə təsadüf edir, bundan sonra komandanın nə Avropada, nə də ölkə daxilində elə bir uğuru olmur. Yalnız iki dəfə təzə-təzə təşkil edilən ölkə kubokunu qazanılır. Bir də komanda ara-sıra qazandığı wildcard bileti ilə qitənin ən nüfuzlu yarışı CEV Qadınlar Çempionlar Liqasında iştirak edir. Ancaq hələ ki, komanda bu turnirdə qrup mərhələsini adlaya bilmir.
Uğurları Rumıniya çempionatında yaşadığı çempionluqlar 1956-57, 1857-58, 1959-60, 1960-61, 1961-62, 1962-63, 1965-66, 1966-67, 1968-69,1974-75, 1975-76, 1976-77, 1977-78, 1978-79, 1979-80, 1980-81, 1981-82, 1982-83,1983-84, 1984-85, 1988-89
16px Rumıniya kubokunda yaşadığı çempionluqlar 2009-10, 2011-12
Heyəti 2013-14 mövsümü üçünteam of squad Baş məşqçi : Marian Constantin NömrəOyunçunun adıMövqeyiBoyu(metr)Çəkisi(kq) Doğum tarixiBlok yüksəkliyi (sm)1 Nenova DianaToppaylayıcı1.806519852902 İrina Andreika Toppaylayıcı1.805819942803 Stefan Ana-MariyaHücumçu1.807119813004 Lupesku NikoletaHücumçu1.776219992905 Karmen MarkovikiBlokçu1.907819733006 Tsvetelina ZarkovaBlokçu1.887619863007 Liyana SmarandaçeBlokçu1.877019892958 Loredana FilipaşBlokçu1.977919973009 Nikola DavisDiaqonal 1.6266198229010 İoana BakiyuDiaqonal 1.8470199030011 Diana KarbuneanuHücumçu1.8267199529513 Mariya KarakaşevaHücumçu1.8268198829014 Daniyela MinkaToppaylayıcı1.7762197128015 Mirela CoryeutanuHücumçu1.9279197730015 Mihaela PamfilHücumçu1.65571996250
İstinadlar
Xarici keçidlər
Rəsmi Sayt CEV profile Worldofvolley profile
Kateqoriya:Rumıniya voleybol klubları Kateqoriya:1948-ci ildə yarananlar