U ya Şərqi U () — Üç çarlıq dövründə 222–280-ci illərdə mövcud olmuş dövlət . U çarlığı II əsrdə Han sülaləsinə qarşı qalxmış ümumi üsyanların gedişində Yantszı çayının aşağı hissəsini — Çzyandun ərazilərini işğal etmiş Sun Çe (孫策) tərəfindən qurulmuşdur. 200-cü ildə varis Sun Çyuan qonşu əyalətləri get-gedə ələ keçirərək çarlığı genişləndirir. 208-ci ildə, Sun Çyuan Lyu Bey ordusu ilə birlikdə Çibi döyüşündə Vey çarı Çao Çao üzərində qələbə çaldıqdan sonra, 219-cu ildə Vey çarlığının Çzinçjou əyalətini ələ keçirir. 229-cu ildə özünü imperator elan edir. Sun Çzuan özünə Da-di taxt-tac ölkəsinə isə U adını verir. Müasir Nankin, tarixi Çzyankan 建業 şəhərini ölkənin paytaxtına çevirir.
U çarlığı Yantszı çayına sahib olduqdan sonra çay donanmasını yaradaraq Vey çarlığına hücum etmişdir. Məqsəd Yantszı çayının cənub hövzəsini ələ keçirmək olmuşdur.
Xarici keçidlər Üç çarlığın tarixi
Kateqoriya:U (region) Kateqoriya:Çin tarixi Kateqoriya:Asiyanın tarixi dövlətləri Kateqoriya:220-ci illərdə yaranmış dövlətlər və ərazilər