Markos Pontes (; ) — Braziliyanın ilk kosmonavtı.

Həyatı Markos Pontes 11 mart 1963-cü ildə Braziliyada, San-Paulo ştatının Bauru şəhərində anadan olub.

1998-ci ildə NASA-ya göndərilib. Orada Pontes kosmik uçuşlara hazırlıq keçib. 2000-ci ilin dekabr ayında NASA-nın astronavtı elan edilib. Pontes hələ 2003-cü ildə kosmosa uçmalıydı. Lakin "Kolumbiya" şatlının qəzasından sonra bütün şatlların uçuşları təxirə salındı.

Braziliya ilə Rusiya arasında 2 sentyabr 2005-ci ildə imzalanmış müqavilə Pontesa kosmik uçuş etməyə şərait yaradıb. Beləliklə, bort mühəndisi olan Markos Pontes 30 mart 2006-cı il tarixində Baykonur kosmodromundan "Soyuz TMA-8" kosmik gəmisində kosmosa uçdu.

İstinadlar

Xarici keçidlər Markos Pontesin NASA-nın rəsmi saytında tərcümeyi-halı

Kateqoriya:Braziliya kosmonavtları Kateqoriya:Braziliya nazirləri