Ulduz Saat Qülləsi - Ulduz Sarayı kompleksinə aid olan bir saat qülləsidir. II Əbdülhəmid tərəfindənn 1889-1890-cı illərdə tikilmişdir. İstanbulun Beşiktaş məhəlləsinin Ulduz səmtində, Ulduz Məscidi kompleksinin cənub-qərb tərəfində yerləşir.
Tarixi 1890-cı ildə tikilmişdir. Şərqşünas və neogotik qarışığı olan bir dizaynı var. Küncləri qırıq bir kvadrat plan üzərində yüksələn, üç mərtəbəli qüllədir. İti və dilimli bir qübbə ilə örtülüdür. Örtük qisimində yenə dilimli kəmərli dam pəncərələri yerləşir.
Memarlıq Osmanlı və Neo-Gotiq stili 3 mərtəbəli və səkkizbucaqlı bir plana malikdir. İlk qatında 4 kitabə var. İkinci mərtəbədə bir termometr və barometr vardır. Ən üst mərtəbədə isə saat otağı var. 1993-cü ildə təmir edilmişdir. Dekorativ damın üzərində bir kompas dairəsi var.
Həmçinin bax http://www.degisti.com/index.php/archives/6495 http://www.byzantiumistanbul.com/detay.asp?detayid=812
İstinadlar
Kateqoriya:Türkiyədəki saat qüllələri Kateqoriya:İstanbul tikililəri Kateqoriya:1889-cu ildə yarananlar Kateqoriya:Osmanlı dövrünün abidələri