Ayaz Salayev () — Azərbaycan kinorejissoru və kinoşünası,Qaraqızı U. "İndiki nəsil bizim nəsillə müqayisədə qat-qat sağlam fikirlidir": Ayaz Salayev: "Azərbaycan kinosunun dünya səviyyəsinə çıxması üçün hərtərəfli şərait var" // Ekspress. 2008, 16–18 avqus, s.19. ssenaristi, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000).

Həyatı Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977–1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986–1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub.

18 dekabr 2000-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib. "İnternyus-Azərbaycan"da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu rolik çəkib.

13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Filmoqrafiya Qız qalası əfsanəsi (film, 1923) (bərpanın redaktor-eksperti) Retro (veriliş, 1979) — aparıcı. Ordubad (film, 1983) Evlənmək istəyirəm (film, 1983) Bir dəfə görmək... (film, 1984) Təkəlduz (film, 1985) Ata (film, 1988) Bir nəfər hamıya görə (film, 1989) Təxribat (film, 1989) Yarasa (film, 1995) — kinorejissor. Anlam (veriliş, 1998) — aparıcı. Vahimə (film, 1998) Koma 0,1 saniyədə (film, 2007) "Ağ-qara" gecələr (film, 2013) Sübhdən başlanan həyat (film, 2015) Qarabağın həsrət salnaməsi (film, 2016) Qarabağın həsrət salnaməsi (film, 2017) Torpaq (film, 2022)

Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 6. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan kinoşünasları Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ-nin televiziya aparıcıları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan pedaqoqları