Sinay monastırı və ya Müqəddəs Yekaterina monastırı (, ) — Misirin Santa Katerina şəhərində yerləşən ortodoks monastırı. Rəsmi adı - Allahgəzən Sinay dağının Müqəddəs monastırıdır ().

Tarixi Bizans imperatoru I Yustinianın əmri ilə 548-565-ci illər arasında inşa edilmişdir. Fatimilər xilafəti dövründə monastırın ətrafında məscid inşa edilsə də, qibləyə istiqamətləndirilmədiyi üçün heç vaxt istifadə olunmamışdır. İncəsənət nümunələri Monastırda yunan, ərəb, erməni, gürcü, ivrit, arami və Qafqaz Albaniyası dillərində əlyazmalar, 100-dən çox ikona və rəsm əsəri tapılıb. Bu əlyazmalardan biri də Qafqaz Albanlarının dilində yazılmış Sinay palimpsestidir.

İkonalar

İstinadlar

Kateqoriya:Misir kilsələri Kateqoriya:Misirdəki ümumdünya irsi Kateqoriya:VI əsrə aid kilsələr Kateqoriya:Bizans memarlığı