Heydərbaba dağı — İranda, Təbriz yaxınlığında Qaraçəmən yolu ilə Şəngülava kəndləri arasında yerləşir.
Flora Dağın ərazisində dovşan, kəklik"Füyuzat" jurnalından, 2012-ci il . e-derslik.edu.az, göyərçinŞəhriyar. Yalan dünya, Bakı, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat Poliqrafiya Birliyi, 1993, səh.164. var.
Yerləşməsi Heydərbaba dağı Qayışqurşaq kəndi ilə üz-üzədirElman Quliyev. "Şəhriyar poeziyası və milli təkamül" . Bakı, 2014, səh.162.; onun ətəyində Xoşginab və Güllücə kəndləri yerləşir. Bunlardan başqa bu dağın ətəyində MəhəmmədHüseyn Şəhriyarın uşaqlıq illərinin keçdiyi eyniadlı – Heydərbaba kəndi də varŞehriyar-Haydar Babaya Selam . gundogan.com. Həmin kənd adını elə bu dağdan almışdır. M. Şəhriyar bu dağa aid şeir də yazıb.
Əfsanələr Heydərbaba dağı ilə bağlı bir sıra əfsanələr mövcuddur. Sərhədlərində yerləşən, dəniz səviyyəsindən 2334 metr yüksəklikdə yerləşən Sarıbaba dağı ilə Heydərbaba dağı qardaş olmuşlar.
Onlar bir-biri ilə uzaqdan-uzağa, zirvədən-zirvəyə görüşür, salamlaşırlar. Hansı qardaş tez yuxudan oyanarsa, o birisini salamlayaraq oyadarmışNemət Bəxtiyar. Yurd yerlərimiz… tezadlar.az, 11. dekabr 2014. Hər il Bahar fəslində, yazın ilk günü qədəmlərini torpağa qoyanda, səhər sübh tezdən Heydərbaba dağının ən yüksək zirvəsindənNemət Bəxtiyar, Tarixi abidələrimiz: O YERLƏR BİZİ GÖZLƏYİR… 8. noyabr 2016 Sarıbaba dağına tərəf boylananda həmin dağın əzəməti, qaməti aydın görünürdü.
"Heydərbabaya Salam" şeiri
Məhəmmədhüseyn Şəhriyarın Azərbaycan dilində yazdığı "Heydərbabaya salam" şeiri bu dağa aiddir. MəhəmmədHüseyn Heydərbaba dağının ətrafındakı ərazilərdən birində olub. O, Heydərbaba dağından bir tribuna kimi istifadə edərək öz arzu və istəklərini bütün dünyaya bəyan etmiş, bu dağ onun Vətəninin simvollarından birinə çevrilmişdirProfessor Maarifə Hacıyeva. Ana dilinə, Vətən torpağına sonsuz sevgi . "Xalq Cəbhəsi", 18 avqust 2016, səh.13, anl.az. Onun yazdığı "Heydərbabaya salam" şeiri o taylı-bu taylı həyat sürməyə məhkum edilmiş Azərbaycan xalqının bir-birinə mənən-ruhən yaxınlaşması üçün olduqca əhəmiyyətli mənəvi körpü rolunu oynamışdırŞƏHRİYAR — MİLLİ BİRLİK VƏ HƏMRƏYLİK ŞAİRİ KİMİ . ethnoglobus.az, 12. yanvar 2018.
Əsərdə bu dağın hündürlüyündən, sıralanmasından söhbət açılmasaElman Quliyev. "Şəhriyar poeziyası və milli təkamül" . Bakı, 2014 da oxucular Şəhriyar təqdimatında bu dağı ən əzəmətli, sıra dağlar şəklində qəbul edir. Əslində isə Heydərbaba dağı о qədər də hündür dağ deyil və Şəhriyar "Dərya eylədim" şerində buna işarə də vururŞəhriyar. Yalan dünya, Bakı, "Azərbaycan Ensiklopediyası" Nəşriyyat Poliqrafiya Birliyi, 1993. səh.22.:
Bax ki, Heydərbaba əfsanə tək olmuş bir qaf, Mən kiçik bir dağı sər mənzili ünğa eylədim.
Poemanın Təbrizdə çapdan çıxan ilk nəşrində görkəmli alim-doktor Mehdi Rövşənzəmir yazdığı müqəddimədə belə bildirir ki,
"Heydərbaba dağı bir gün yerlə-yeksan ola bilər, yer üzündən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın da şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşlarda qalacaq."Şəhriyar. Heydərbabaya salam. Təbriz, çalxaniya "Ziba", 1332, səh.12.
İstinadlar
Kateqoriya:Təbriz Kateqoriya:İran