Beşiktaş Qadın Voleybol Komandası — 1961-ci ildə yaradılmış və günümüzə qədər də fəaliyyətini davam etdirir. Komanda Türkiyənin ən böyük üç idman klubundan biri olan Beşiktaş Gimnastika İdman Klubunun qızlar üçün voleybol şöbəsidir. Komanda hazırda Acıbadem Qadınlararası Voleybol 1. Liqasında mübarizə aparır.

Tarixi Beşiktaş 1961-ci ildə yaradılarkən klub rəhbərləri elə də böyük komanda yaratmaq istəməmişlər.Somalı,Vâlâ; "1895-1986" Türk-Dünya Voleybol Tarihi", İstanbul (1986), səh: 275 Məqsəd hər idman növündə əzəli rəqibləri olan Fənərbaxça və Qalatasarayın hegomonluğuna son qoymaq idi. Beşiktaş yarandığı ildən etibarən dörd il müddətində Türkiyə Qadınlararası Voleybol Çempionatının qalibi Qalatasaray olmuşdu.

Nəhayət 1965-ci ildə Beşiktaş əzəli rəqibinin önündə birinci yeri tutdu və tarixindəki hələ ki, yeganə olan çempionluğunu yaşadı. (kişilər daxil) Milliyet, 26 Nisan 1965

1970-ci illərdə ləğv edilən komanda uzun müddət voleybola geri qayıtmadı. Nəhayət 1986-cı ildə komanda yenidən bərpa edildi. 1992-93 mövsümündə isə 2-ci liqada lider olaraq əsas liqaya çıxa bildi Beşiktaş.

Komandanın Avropadakı ən böyük uğuru 2014-cü ilə təsadüf edir. 2013-14 mövsümündə Balkan kubokunu qazanaraq Avropa Qadınlar CEV Çağırış Kubokuna vəsiqə qazandı. Bu turnirdə böyük sensassiya imza ataraq finala qədər irəliləyən klub yalnız bu mərhələdə Rusiyanın Zareçye komandasına məğlub oldu.Beşiktaş Avrupa ikincisi Avropanın səviyyəcə üçüncü kubokunda gümüş medala yiyələnmək onlar üçün heç də asan olmadı. Belə ki, komanda finala qədər rəqiblərini 2 dəfə qızıl setdə məğlub etməli olmuşdu.BEŞİKTAŞ BAYAN VOLEYBOL TAKIMI, CEV CHALLENGE KUPASI’NA FİNALDE VEDA ETTİ

Heyəti

2013-14 mövsümü üçünTeknik Kadro A BAYAN TAKIM Baş məşqçi : Adnan Kistak Köməkçi məşqçi : Erkan Kayacan NömrəOyunçunun adıMövqeyiÖlkəsi1Marina TumasDiaqonal2Naz DönerLibero3Zeynep Seda EryüzToppaylayıcı5Qabriyela KoyevaBlokçu6Dilek KınıkLibero7Nataliya Hanikoğlu Diaqonal8Nilay KonarBlokçu9Ayça Naz İhtiyaroğluLibero10Seda TürkkanToppaylayıcı12Tülin AltıntaşBlokçu13Selime İlyasoğluHücumçu14PaulaYamila NizetiçHücumçu17Ceyda AktaşHücumçu18Dicle BabatBlokçu

Xarici keçidlər Rəsmi Sayt İstinadlar

Kateqoriya:Beşiktaş QVK Kateqoriya:Əlifba sırasına görə voleybol klubları