Abdullayev Daniyal Abdulla oğlu () — Brest qalası müdafiəçilərindən biri.

Həyatı 21 dekabr 1920-ci ildə Balakən rayonunun Mahamalar kəndində dünyaya göz açıb. 1939-cu ildən Sovet Ordusunda xidmət etmişdir. 1941-ci ildə Brest qalası uğrunda döyüşlərdə başından ağır yaralanmış və əsir düşmüşdür. Əsirlikdən qaçıb Fransa partizanlarına qoşulmuş, 1944–1945-ci illərdə partizan polkunda rota komandiri olmuşdur. D. Abdullayev Fransanın "Hərbi Xaç" ordeni ilə (2 dəfə) təltif edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan avarları Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycan partizanları Kateqoriya:SSRİ hərbçiləri Kateqoriya:SSRİ partizanları