Volley Berqamo — İtaliyanın Berqamo şəhərini təmsil edən qadın voleybol komandasıdır. Komanda İtaliyada Seria A1-də mübarizə aparır. Komanda XXI əsrin ən nəhəng voleybol klubları arasında göstərilir.

Tarixi Volley Berqamo 1991-ci ildə yaradılmışdır. Komanda 1993-cü ildən etibarən Seriya A1də mübarizə aparır.

Komandanın ilk böyük uğurları 1996-97 sezonuna təsadüf edir. Belə ki, həmin il klub ölkə çempionatı, kuboku və superkuboku ilə yanaşı CEV Qadınlar Çempionlar Liqasını da qazanmışdır.

Son illərdə bir qədər sakitləşən komandanın İtaliya çempionatlarında səkkiz çempionluğu vardır. Bununla yanaşı yeddi qat Avropa çempionlarıdır. Avropada Çempionlar Liqasında son dəfə 2010-cu ildə titula sahib çıxa bilmişdir komanda. Belə ki, həmin il finalda Fənərbaxçanı setlərdə 3-2 yenən Berqamo hələ ki, bu turnirdə İtaliyaya qızıl medalı gətirən sonuncu komandadır.Fenerbahçe Bayan Voleybol Takımı Final’de Volley Bergamo’ya Yenildi. Avrupa 2.si Oldu

Heyəti 2013-14 mövsümü üçünKomandanın heyəti Baş məşqçi : Stefano Lavarini Köməkçi məşqçi : Simone Ancelini staff-tecnico NömrəOyunçunun adıMövqeyiÖlkəsi1Sara KlisuraHücumçu2Federica StufiBlokçu3Eleonora BrunoLibero4Sara Loda Hücumçu6Kathlin WeibToppaylayıcı7Yelena Blaqoyeviç Hücumçu8Enrika Merlo Libero9Laura MelandriBlokçu10Rafayela FolieBlokçu13Valentina DiyufDiaqonal16Luciye SmutnaToppaylayıcı17Miriam SillaHücumçu

Uğurları Ölkədaxili Seriya A1 Çempionluq (8): 1995-96, 1996-97, 1997-98, 1998-99, 2001-02, 2003-04, 2005-06, 2010-11 İtaliya Kuboku Çempionluq (5): 1995-96, 1996-97, 1997-98, 2005-06, 2007-08 İtaliya Superkuboku Çempionluq (6): 1996, 1997, 1998, 1999, 2004, 2011

Beynəlxalq arenada CEV Qadınlar Çempionlar Liqası: Çempionluq (7): 1996-97, 1998-99, 1999-00, 2004-05, 2006-07, 2008-09, 2009-10 CEV Kuboku Çempionluq (1): 2003-04

İstinadlar

Xarici keçidlər Rəsmi Sayt

Kateqoriya:İtaliya voleybol klubları Kateqoriya:1991-ci ildə yarananlar Kateqoriya:Əlifba sırasına görə voleybol klubları