Ədalət Məhəmməd oğlu Paşayev () — Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin sabiq rəisi (2009–2016),Ə. M. Paşayevin Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin rəisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı feldyeger xidməti general-leytenantı.Prezident general rütbələri və medallar verdi — SİYAHI — modern.az saytı

Həyatı Ədalət Paşayev 1947-ci ildə Gədəbəy rayonunun Dəyəqarabulaq kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin sabiq rəisi olan Ədalət Paşayev Azərbaycanda feldyeger xidmətinin banisi, Dövlət Feldyeger Xidmətinin ilk rəisi olmaqla yanaşı MDB dövlətlərinin Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının da sabiq sədr müavini olmuşdur.

Prezident İlham Əliyev tərəfindən 2014-cü ildə göstərdiyi xidmətə görə general-leytenant ali xüsusi rütbəsi verilən Ədalət Paşayev 2 noyabr 2020-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar