Mixail Arxangel kilsəsi () və ya Ali Mələk Mikayıl kilsəsi — Azərbaycanda, Bakının mərkəzində, Yasamal rayonunun Vidadi və Zərgərpalan küçələrinin kəsişməsində yerləşən, Bakı yeparxiyasının tabeliyində olan rus pravoslav kilsəsi. Kilsə Arxangel Mikayıla həsr edilmişdir. Pskov memarlıq üslubunda inşa edilmiş tikili dəniz gəmisi göyərtəsini xatırladan interyeri ilə seçilir. Kilsənin protoiyereyi Mefodi Əfəndiyevdir, hal-hazırda burada üç keşiş və bir dyakon xidmət göstərir. Bakının indiyə qədər qorunub saxlanmış ən qədim kilsəsidir. Kilsə dini funksiyalarının yanında sosial layihələrlə də tanınır, o cümlədən kimsəsizlər üçün xeyriyyə yeməkxanası və uşaqlar üçün din məktəbi fəaliyyət göstərir.

Kilsənin tarixi 1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə Bakı xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra başlayır. İlk növbədə Sarı adasında Xəzər donanmasının eskadra heyəti üçün tikilmiş kilsə 1844-cü ildə Bakıya, Bayırşəhərdə yerləşən ikimərtəbəli karvansaraya köçürülmüşdür. Əvvəllər Donanma kilsəsi kimi tanınan məbəd sonralar Batalyon kilsəsi və Alay kilsəsi adlandırılmış, 1892-ci ildə isə Arxangel Mikayılın şərəfinə təqdis edilmişdir. XIX əsrdə kilsəni Rusiya vəliəhdi II Aleksandr və Gürcüstan ekzarxı mitropolit İsidor kimi yüksək vəzifəli şəxslər ziyarət etmişdir. Kilsə 1936-cı ildə SSRİ hakimiyyəti tərəfindən bağlanaraq yataqxanaya çevrilmişdir, lakin 1946-cı ildə yenidən ibadətə açılmış və o vaxtdan bəri fasiləsiz fəaliyyət göstərir.

XXI əsrdə kilsə bir sıra bərpa və yenidənqurma işləri keçirmişdir. 2000-ci ildə aşağı mərtəbədə müqəddəs həvari Varfolomey adına prixod tikilmiş, 2013-2021-ci illərdə isə dövlət və xeyriyyəçilərin dəstəyi ilə kilsənin fasadı, günbəzi, zəng qülləsi və interyeri tamamilə yenilənmişdir. Kilsənin sosial fəaliyyətlərinin bir hissəsi olaraq ehtiyacı olanlar üçün ərzaq yardımı, uşaqlar üçün tədbirlər və penitensiar müəssisələrdə məhbuslarla iş aparılır. 2020-ci ildə COVID-19 pandemiyası zamanı kilsənin xeyriyyə proqramları genişlənmiş, əhalinin rusdilli təbəqəsi üçün Azərbaycan dili kursları və məktəblilər üçün müxtəlif təhsil proqramları təşkil edilmişdir.

Tarixi

Tikilməsi 1813-cü ildə Gülüstan sülh müqaviləsi ilə Bakı xanlığının Rusiya imperiyasına birləşdirilməsindən sonra, Lənkəranın bir qədər şimalında yerləşən Sarı adasında dəniz stansiyası yaradılmışdı. Bu eskadraya mənsub gəmilər İrandan Bakıya, oradan isə Həştərxana və geriyə gedib-gələn gəmilərə sərhəd nəzarəti və qaçaqmalçılıq daşımalarının yoxlanışını həyata keçirirdi. O dövrlərdə Xəzər dənizində əsasən sahilboyu kabotaj üzmələri üstünlük təşkil edirdi. Sarı adasında Xəzər donanmasının eskadra heyəti üçün kazarmalar tikilmiş, qərargah, ərzaq anbarı və xəstəxana inşa edilmişdi. 1822-ci ildə orada xidmət edən zabitlər və digər dəniz rəsmilərinin təşəbbüsü ilə Sarı adasında "Müqəddəs Tanrıdoğuran, onun şərəfli vəfatı naminə" kilsəsi tikilmişdir.

1843-cü ildə əlverişsiz iqlim şəraiti nəticəsində adada ölüm hallarının artması səbəbilə, Rusiya imperatoru I Nikolayın fərmanı ilə Sarı adası yaxınlığındakı Xəzər donanması eskadrası ləğv edilmiş və eskadra Bakı qalasına köçürülmüşdür. 1844-cü ilə qədər Sarı adasında yerləşən tikililərə, o cümlədən ziyarətçisiz qalmış kilsəyə nəzarət etmək məqsədilə kiçik bir qaravul saxlanılmışdı.

29 iyul 1844-cü ildə Həştərxan limanının və Xəzər donanmasının baş komandiri, kilsə kassasında saxlanılan vəsait hesabına kilsənin Bakıya, xəstəxanaya köçürülməsi barədə sərəncam verməsi üçün ordu və donanmaların baş keşişi, protoiyerey Vasili Kutneviçə müraciət etmişdir. Ordunun və donanmanın baş keşişinin Dəniz Nazirliyinin müxtəlif idarələri ilə apardığı yazışmalar nəticəsində köçürmə məsələsi həll edilmişdir. Kilsə Bakıya, dövlətin mülkiyyətində olan binalardan aşağı dəniz rütbələrinin iqamətgahı kimi fəaliyyət göstərən Donanma həyəti və ya Dəniz həyəti adlanan yerdəki lazarətə, Bayırşəhərdə yerləşən ikimərtəbəli karvansarayın binasına köçürülmüşdü. Bina Pskov memarlıq üslubunda dizayn edilmişdir və ibadət otağı gəmi göyərtəsini xatırladır.

Kilsə ilk dövrlərdə Donanma kilsəsi adlandırmışdır. Protoiyerey Yunitski öz kitabında kilsənin artıq 1845-ci ildə mövcud olduğunu qeyd edir, lakin məbədin kim tərəfindən və nə vaxt inşa olunduğu bilinmir. Ordu və donanmaların baş keşişi, protoiyerey Vasili Kutneviçə təqdim olunan "1847-ci il üçün onun tabeliyində olan kilsələr və keşişlər barədə məlumat"da hərbi ruhani, 45-ci donanma ekipajının keşişi Vasili Kudryaşev qeyd etmişdir ki, kilsə binası daşdan tikilmişdir. Kilsəyə 45-ci dəniz donanmasının heyətindən, ilahiyyat elmləri kursunu bitirmiş keşiş və ruhani Vasili Kudryaşev təyin olunmuşdur. 1854-cü ildə Bakı yaxınlığında hidroqrafik tədqiqatlar aparan mperator Rus Coğrafiya Cəmiyyətinin üzvü, baş leytenant Nikolay Makaroviç Filippovun verdiyi məlumata əsasən, Bakı forştadtında yerləşən kilsənin yanında, Dəniz Departamentinin bütün rütbələrinin istifadəsi üçün bir xəstəxana mövcud idi.

thumb|right|Kilsənin interyeri.

"Kavkaz" qəzetinin 1855-ci il tarixli 39 saylı nəşrinin məlumatına görə, məbəd Xəzər dəniz idarəsinin bütün rütbəli şəxsləri tərəfindən, Rusiya könüllü donanmasının və polkunun şefi şərəfinə tikilmişdir. Bakı qalasının 1854-cü il tarixli baş planının məlumatlarına əsasən kilsə Müqəddəs Məryəmin ölüm gününə həsr olunmuşdur.

XIX əsrin sonlarına qədər Bakıda və onun forştadtında, demək olar ki, iki və daha çox mərtəbəli binalar mövcud deyildi. Buna görə də, Donanma kilsəsinin günbəzi digər tikililərdən daha hündür olduğu üçün aydın şəkildə görünürdü. Həmçinin, kilsənin Şamaxı yolunun keçdiyi gələcək Bazarnaya (indiki Azərbaycan prospekti) küçəsinin yaxınlığında yerləşməsi Bakıya gələn vəzifəli şəxslərin onu rahatlıqla ziyarət etməsi üçün əlverişli şərait yaratmışdır.

XIX əsr 1850-ci ildə Cənubi Qafqaz regionuna səfəri zamanı Rusiya vəliəhdi, gələcək imperator II Aleksandr başqa şəhərlərlə yanaşı Bakıda olmuş, burada dəniz kilsəsini də ziyarət etmişdir. Bundan başqa, 1858-ci ildə Gürcüstan ekzarxı, mitropolit İsidor Bakıda tikilmiş üçüncü məbədi – Nikolay kilsəsini təqdis etmək üçün keçirdiyi səfərdə Donanma kilsəsini də ziyarət etmişdir.

1868-ci ildə 21 saylı Qafqaz sıra batalyonunun adı dəyişdirilərək 66-cı Bakı quberniya batalyonu adlandırılmış və Lənkərandan Bakıya köçürülmüşdür. Batalyon İçərişəhərdə yerləşdirilmişdi. 1833-cü ildən etibarən, o zaman 8-ci gürcü sıra batalyonu adlanan və Lənkəran qalasında yerləşən bu batalyonun ştatında keşiş fəaliyyət göstərirdi. Batalyona mənsub kilsə arxangel Mikayılın adını daşıyırdı və batalyon bayramı kilsənin bayramı olaraq qəbul edilmiş arxangel Mikayıl günündə, yəni 8 noyabrda qeyd olunurdu. Lənkəranda ləğv edilmiş batalyon kilsəsindən kilsəyə aid əşyalar, ikonalar, doğum dəftərləri və digər kilsə sənədləri Bakıya gətirilmişdi. Batalyonun ştatında keşiş Pavel Puzanov fəaliyyət göstərirdi və kilsə binası kimi Qız qalasının yanında yerləşən Müqəddəs Nikolay kilsəsinin binasından istifadə edilirdi, lakin bu, əlvərişsiz idi. Bu səbəbə görə, 15 avqust 1873-cü ildə II Aleksandrın əmri ilə qab-qacaq və ikonasız qalmış kilsə 66-cı Bakı quberniya batalyonunun (sonradan Salyan ehtiyat alayı) ehtiyaclarının qarşılanması üçün həmin hərbi idarənin tabeliyinə verilmişdir. Bu dövrdə kilsə Batalyon kilsəsi, sonralar Alay kilsəsi adlandırmışdır, baxmayaraq ki, şəhərdə hələ də Donanma kilsəsi adlanırdı. Əlavə olaraq, kilsə Dəniz kilsəsi və ya Köhnə dəniz kilsəsi adları ilə də xatırlanırdı.

Forştadtda yerləşən xarabalıq halına düşmüş tikililər, Donanma kilsəsinin binası istisna olmaqla, onların altındakı torpaq sahəsi, yəni Donanma həyəti ilə birlikdə həmin həyətə əlavə edilmiş bir hissə Dənizçilik İdarəsi tərəfindən əhəmiyyətsiz qiymətləndirilərək 1874-cü ildə satışa çıxarılmışdır. Bu tikililər Donanma həyətinin bir hissəsi idi və onlar satıldıqdan sonra kilsə tək başına, sadəcə sakinlərin evləri ilə əhatə olunmuşdur. Satılan bu tikililər sonradan şəhərin daşınmaz əmlakına çevrilmiş və orada kilsədən divarla ayrılmış jandarm dəstəsinin kazarmaları yerləşdirilmişdir. 1875-ci ildə kilsənin idarə olunması Xəzər yeparxiyasının tabeliyinə verilmişdir.

150px|thumb|right|206-cı Salyan piyada alayının döş nişanı. 1911-ci il.

Xristian keşişi Kozma Fyodoroviç Spasski-Avtonomovun 1877-ci ildə verdiyi məlumata görə, Donanma kilsəsinin günbəzi sökük idi və kilsənin təmirə ehtiyacı var idi. 1890-cı ilə qədər kilsədə ibadətlərin həyata keçirilməsi Bakı hərbi limanının keşişlərindən birinə həvalə edilmiş və həmin dövr ərzində batalyon kilsəsi müqəddəs Moskvalı Aleksi adına Bakı limanı kilsəsinə bağlı olmuşdur. 1873-cü ildən 1890-cı ilə qədər batalyon kilsəsində daimi keşiş fəaliyyət göstərmirdi. 1890-cı ildə sözügedən batalyon 12-ci Qafqaz ehtiyat batalyonu adını aldıqdan sonra heyətə əlavə bir keşiş daxil edilmişdir. Bu vəzifəni 15 iyul 1890-cı ildən 1914-cü ilə qədər xidmət göstərmiş İoann Vissarionoviç Liadze icra etmişdir. 1891-ci ilin noyabrından 1892-ci ilin noyabrına qədər binada Müqəddəs Sinodun vəsaiti hesabına 22,000 rubl dəyərində təmir işləri aparılmışdır. Kilsədə yeni çar qapıları və gurbangah quraşdırılmışdır, həmçinin məbədin digər yerləri də dəyişdirilmişdir. Bütün nəqqaşlıq işləri rəssam Ems tərəfindən görülmüşdü.

1 noyabr 1892-ci ildə yenicə bərpa edilmiş məbəddə Nikolay kilsəsinin protoiyereyi və baş keşişi Aleksandr Vasilyeviç Yuniski tərəfindən ruhanilər məclisi ilə birgə Müqəddəs Arxangel Mixailin şərəfinə müqəddəsləşdirilmə mərasimini həyata keçirilmişdi. Kilsədə bir çox ikonalar var idi, amma onların arasında daha çox Müqəddəs Mitropolit Moskvalı Aleksi və Yaşayan İlahi Ana ikonaları seçilirdi. Bu ikonalar Salyan alayına Afonda yerləşən Panteleimon monastırından hədiyyə kimi göndərilmişdi. Kilsədə Müqəddəs Mixail adına yalnız bir prestol var idi. Həmin ilin 8 noyabr tarixində, Arxangel Mixailin günündə kilsə öz himayədarlıq bayramını qeyd etmiş və həmin gün həmişəki kimi ümumi batalyon paradı təyin olunmuşdur.

1893-cü ildə keşiş İoann Liadzenin məlumatına görə, kilsə təmirdən əvvəl daşdan hazırlanmış binaya sahib idi. Onun daxili uzunluğu və eni idi. Kilsənin zəngi kilsənin yanında yerləşən binanın yastı damında, taxta sütunlar üzərində yerləşdirilmişdi. Kilsədə arxangel Mikayılın şərəfinə təqdis edilmiş bir taxt yerləşirdi. Kilsə xorun fəaliyyətinin saxlanılması üçün 600 rubl xərc edirdi. Kilsənin yanında yerləşən dövlətə məxsus tikilidə keşiş otaqları salınmışdı və kilsəyə məxsus kitabxanada 120-yə qədər müxtəlif kitab mövcud idi. Kilsənin bərpasından sonra onun günbəzi taxta ilə hazırlanmışdır. Onun daxili uzunluğu , eni isə metr olmuşdur. Taxta ikonostas dəyişdirilmiş və 1892-ci ildə rəsm yenilənmişdir. Sonrakı illərdə kilsənin damı dəmirlə örtülmüşdür.

Bu illərdə Donanma kilsəsinin ziyarətçiləri arasında Salyan ehtiyat alayının məmurları, həmçinin Bakı jandarm idarəsinin, lokal xəstəxananın və rayon hərbi komandirinin idarəsinin rütbəli şəxsləri, eləcə də şəhər əhalisindən olan dindarlar var idi. 1894-cü ildə, əvvəllər Bayılda yerləşən liman kilsəsində xidmət göstərmiş regentin rəhbərliyi ilə Donanma kilsəsində əvvəlcə "Müzəffərlər" progimnaziyasının tələbələrindən, təlim alay komandasının uşaq musiqiçilərindən və lokal müəssisələrin məmurlarından təşkil olunmuş yeni kilsə xoru formalaşdırılmışdır. 8 noyabr 1899-cu ildə kilsəyə müqəddəs Arxangel Mixail adına ikona bağışlanmışdır. Bu ikona Salyan polkunun himayəçisi sayılırdı.

XX əsr 1905-ci ildə Xəzər dəniz batalyonunun yaradılmasının yüzilliyi münasibətilə Salyan alayının komandiri komandiri polkovnik Mamvriyski şəhər merindən kilsədə yenidənqurma işlərinin aparılmasını istəmişdir, lakin bu, qəbul edilməmişdir. 1907-ci ildə 206-cı Salyan piyada alayının kilsəsi kimi başqa bir Arxangel Mixail kilsəsi yaradılmışdır, lakin bu kilsə 1920-ci ildə bağlanmışdır. 1990-cı illərdə bərpa edilən kilsə indi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralı kimi tanınır.

250px|right|thumb|Mixail Arxangel kilsəsinin ümumi görünüşü. 2014-cü il.