Nazim Məmmədov () — rejissor, kino rəssamı, animator.
Həyatı Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub.
1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq kollecini bitirmişdir. 1961-ci ildə Moskvada "Soyuzmultfilm"də rəssam-multplikator kimi bitirmişdir. 1961-ci ildən "Azərbaycanfilm" kinostudiyasinda animator, 1970-ci ildən isə rejissor işləmişdir. O, uşaq kitab illüstrasiya rəsm, dəzgah rəssamlığı ilə məşğul olmuşdur. O, filmlərdə,kinooçerk və kinojurnallarda Animator işləmişdir. O, ilk dəfə 1988-ci ildə Respublikada beş hissəli "Göyçək Fatma" cizgi film-operasını yaratmışdır.
Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.
2016-cı ilin sentyabrında Port Baku Mallda Nazim Məmmədovun 50-dən çox əsərinin yer aldığı sərgisi açılmışdır. 2017-ci ildə Art Tower qalereyasında rəssamın şəxsi kolleksiyada olan əsərləri ilk dəfə sərgilənib.
Filmoqrafiya Aslan və iki öküz (film, 1970) Ayı və siçan (film, 1970) Cırtdan (film, 1969) Cırtdanın yeni sərgüzəşti (film, 1973) Fitnə (film, 1970) Göyçək Fatma (film, 1988) Humayın yuxusu (film, 1985) Xeyir və Şər (film, 1980) Karvan (film, 1995) Kimya kombinatlarının optimal layihələşdirilməsi yolları (film, 1967) Qozbeli qəbir düzəldərmi? (film, 1972) Sehrlənmiş küpə (film, 1979) Sonrakı peşmançılıq (film, 1978) Şah və xidmətçi (film, 1976) Şahzadə-qara qızıl (film, 1974) Talada ev (film, 1986) Toplan və kölgəsi (film, 1977) Tülkü həccə gedir (film, 1971) Yerli kadr təsdiqə gedir (film, 1973)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 49; 313-318. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Həmçinin bax
Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyi
Xarici keçidlər
Nazim Məmmədov adına Azərbaycan Animasiya Muzeyini rəsmi saytı
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Film rəssamları Kateqoriya:Animatorlar Kateqoriya:Bakıda doğulanlar