Samburu ( ) Şərqi Afrika ölkəsi Keniya ərazisində yerləşmiş zəngin fauna və floraya malik milli park statuslu təbiət qoruğu. Qoruğun sahəsi 165 km² olub, dəniz səviyəsindən 1230–800 m yüksəklikdə yerləşmişdir. Qoruq Vaso Niuro çayı vasitəsilə ikiyə bölünür. Bu çay qoruğun ekosisteminin əsas hissəsi sayılır. Çay sahil boyu palma meşəlikləri ilə əhatə olunmuşdur. Qoruğun qonşuluğunda daha bir qouq Baffalo-Sprinqs yerləşir.
İstinadlar
Kateqoriya:Keniya qoruqları Kateqoriya:1985-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Böyük Rift Dərəsi