Pyotr (; ) — Birinci Bulqar dövlətinin imperatoru, I Simeonun ikinci oğlu idi.

Hakimiyyəti Pyotr 27 may 927-ci ildə taxta çıxıb. Elə həmin il də Bizansa hücuma başlamışdı. İmperator I Roman sülhə gedərək nəvəsi Mariya ilə Pyotrun evlənməsinə nail olmuşdu. Mariyanın adı bu vaxt "sülh" mənasına gələn İrene ilə dəyişdirildi. İmperator çara vergi verməyə davam etdi.John V.A. Fine, Jr., The Early Medieval Balkans, Ann Arbor, 1983.

Üsyanlar Pyotr hakimiyyətə gələn kimi qardaşı Mixail ilə hesablaşmalı oldu. Lakin Mixail tezliklə vəfat etdi. İvanın üsyanı da nəticə vermədi. Ən kiçik qardaşı Bayan isə zərərsiz idi. Lakin 933-cü ildə Serbiya knyazı Çaslav Klonimiroviç həbsdən qaçaraq üsyana başlamışdı.Runciman, A history of the First Bulgarian Empire, s. 185

Daxili siyasət Pyotrun hakimiyyəti əsasən sakit, sülh içində keçmişdir. Kilsəyə həddindən çox yardım etməsi din adamları tərəfindən rüşvət kimi görülməyə başlanmışdı.

Bizansla münasibətlər İrene Lekapenenin ölümü Bizansla əlaqələrin yenidən soyumasına təkan verdi. 966-cı ildə II Nikifor xərac verməkdən imtina edərək Kiyevli I Svyatoslavı bulqarların üzərinə göndərmək barədə həvəsləndirdi. I Svyatoslav 2 ilə 60.000 əsgərlə Bolqarıstanın 80 qalasını işğal etmişdi. Müttəfiqinin qalibiyyətlərindən şübhələnərək qorxan imperator Pyotr ilə sülhə tələsdi və bu dəfə Peçeneqləri Kiyevin üstünə saldı.

Ölümü 969-cu ildə I Svyatoslavın növbəti hücumu ilə ağır məğlubiyyət yaşayan Pyotr, taxtdan əl çəkərək keşiş həyatına başladı. 30 yanvar, 970-ci ildə də vəfat etdi.

O atasına nisbətən zəif hökmdar olaraq yadda qaldı. Onun dövründə Boqomilçilik vüsət aldı.

Ailəsi Mariya ilə 8 noyabr 927-ci ildə evlənmiş, iki oğlu olmuşdu: II Boris Roman

İstinadlar

Kateqoriya:Bolqarıstan çarları Kateqoriya:Taxt-tacdan əl çəkmiş monarxlar Kateqoriya:Xristian monarxlar