Qloriya Estefan (; ) — Kuba əsilli ABŞ müğənnisi, mahnı müəllifi və aktrisası. Karyerası ərzində 130 milyondan artıq mahnısı satılmış və 5 Qremmi mükafatına layiq görülmüşdür.
Qloriya Havanada dünyaya gəlmiş, lakin Kuba inqilabından dərhal sonra, 16 aylığında ailəsi ilə Mayamiyə köçmüşdür. 1975-ci ildə "Miami Sound Machine" qrupunda solist kimi çıxış etməyə başlamış və 1976-cı ildə qrupun rəhbəri Emilio Estefanla ailə qurmuşdur.
1984-cü ildən ABŞ-də və Latın Amerikası ölkələrində solo konsertlərlə çıxış etməyə başlamışdır. 1980-ci illərdə onun mahnıları çartlarda yüksək yerlərə qalxmış, bir neçə mahnısı Billboard Hot 100-də ilk onluğa daxil olmuşdur.
20 mart 1990-cı ildə, onun içində olduğu avtobusun yük maşını ilə toqquşması nəticəsində, Qloriyanın onurğa sütunu ciddi zədələnmiş və cərrahiyyə əməliyyatı keçirmişdir. 1991-ci ildə isə avtobioqrafik "Coming Out of the Dark" albomu ilə yenidən hit-paradların zirvəsinə qayıtmışdır.
1994-cü ildə Atlantada XXVI Yay Olimpiya Oyunlarının bağlanış mərasimində çıxış etmişdir.
Diskoqrafiya
Studiya albomları Buraxıldığı il Adı1977Live Again/Renacer1978Miami Sound Machine1979Imported1980Miami Sound Machine1981Otra Vez1982Rio1984A Toda Maquina1984Eyes of Innocence1985Primitive Love 1987Let It Loose / Anything for You1989Cuts Both Ways1991Into The Light1993Mi Tierra1993Christmas Through Your Eyes1994Hold Me, Thrill Me, Kiss Me1995Abriendo Puertas1996Destiny1998gloria!2000Alma Caribeña2003Unwrapped200790 Millas2011Miss Little Havana2013The Standards
Həmçinin bax Dr. Beat İstinadlar
Xarici keçidlər
Rəsmi veb-saytı Gloria Estefan Official Fan TV
Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:İş qadınları Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:Epic Records artistləri Kateqoriya:ABŞ-nin Roma katolikləri