Tofiq Əbdülrəhim oğlu Hüseynov () — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2009).

Həyatı Tofiq Əbdülrəhim oğlu Hüseynov 1949-cu il iyunun 24-də Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. O, bir çox teatrların səhnəsində çalışmış, müxtəlif səpkili obrazlar yaratmışdır. Bunlardan Ü. Hacıbəyovun "O olmasın, bu olsun"unda Rza bəy, F. Aşurovun "Bu meydan, bu şeytan"ında Əzrayıl, Anarın "Adamın adamı"nda Mərd Mazarov, "Qaravəlli"sində Balaqədeş və Əhməd Əhmədov, C. Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi"ndə Hacı Namazalı, T. Mütəlibbovun "Cücələrim"ində Tülkü, N. Vəzirovun "Hacı Qəmbər"ində Cəbi, J. Anuyun "Medeya"sında Şah Kreon, O. Altunbayın "Tomris"ində Vəzir Zəban, kino aləmində "O dünyadan salam"da Əli bəy, "Marş"da Komandir, "Dəvətnamə"də Briqadir, televiziya tamaşalarında isə "Metranpaj"da Kameyev, "Şkafda adam"da Ər və başqa obrazları buna misaldır.

T. Hüseynov 2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır. Öncül sənət ocağının repertuarındakı müxtəlif janrlı tamaşalarda uğurlu rollar oynayıb. Onlardan Komisyonçu (N. Hikmət, "Kəllə"), Knyaz Orbeliani (H. Həsənov, "Brüsseldən məktublar"), Oqtay (B. Vahabzadə, "Rəqabət"), Hacı Kərim (C. Məmmədquluzadə, "Ölülər") kimi obrazlar ona tamaşaçı rəğbəti və məhəbbəti gətirmişdir.

Tofiq Hüseynov 5 iyul 2020-ci ildə Bakıda öz yaşadığı evdə xərçəng xəstəliyindən vəfat etmişdir.

Mükafatları 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Teatr səhnəsindəki rolları Komisyonçu ("Kəllə", Nazim Hikmət) Knyaz Orbeliani ("Brüsseldən məktublar", Həsən Həsənov) Oqtay ("Rəqabət", Bəxtiyar Vahabzadə) Hacı Kərim ("Ölülər", Cəlil Məmmədquluzadə) Laz ("Qanlı Nigar", Sadıq Şəndil) Ninkoviç ("Nazirin xanımı", Branislav Nuşiç)

Filmoqrafiya Axırıncı dayanacaq (film, 2014) Bağdada putyovka var... (film, 2000) Biz qayıdacağıq (film, 2007) Biz qayıdacağıq (veriliş, 2007) Cavid ömrü (film, 2007) Dəvətnamə (film, 1989) Əlvida, cənub şəhəri (film, 2006) Ərazi (film, 2005) Kənddən gələn var. II hissə Köpək (film, 1994) Qız atası (serial, 2014) Laplandiyalı qonaq (film, 2009) Marş (film, 1982) Metranpaj Mürafiə vəkillərinin hekayəti (film, 2011) O dünyadan salam (film, 1991) Şirin bülbül (film, 2000) Xalxın evi (film, 2018)

İstinadlar

Mənbə Tofiq Hüseynov

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanda xərçəng xəstəliyindən ölənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları