Roman Naudinş — Latviyanın ətraf mühitin mühafizəsi və regional inkişaf naziriRomāns Naudiņš — mk.gov.lv saytı, Valmiyeredə “Araz” Azərbaycan diaspor təşkilatının rəhbəri. Latviya Seyminin deputatı.
Həyatı Roman Naudinşin babası İdris İbrahimov Azərbaycanın Siyəzən şəhərinin Sədan kəndində anadan olub. Ali təhsilini Latviyada alan İ.İbrahimov burada gələcək həyat yoldaşı ilə tanış olub və qalıb burada yaşayıb. R.Naudinşin ulu babası Məmməd İbrahimov molla olub. O, həmvətənlərinin Məkkə ziyarətini təşkil edirmiş. Ulu nənəsi Ağabacı xanım Qubada anadan olub və orada yaşayıb.
Naudinşlər nəslini davam etdirmək üçün Roman latış babasının xahişi ilə bu soyadı qəbul edib. Romanın Paris Milli Bankında işləyən bacısı Dina isə İbrahimova soyadını daşıyır.
R.Naudinş siyasət aləminə biznesdən gəlib. O, floristika aksessuarlarının, qablaşdırma materiallarının istehsalı üzrə müəssisəyə başçılıq edir. Bu müəssisənin məhsulları Almaniya bazarının 50 faizini əhatə edir.
Valmiyeredə “Araz” Azərbaycan diaspor təşkilatına da başçılıq edir“Avropa ölkəsində azərbaycanlı köklənli ilk nazirəm, bununla fəxr edirəm” — modern.az saytı.
"Buta” hokkey klubun rəhbəridirAzərbaycanlı Latviyada deputat seçildi (FOTO). ann.az, 08.10.2018 .
İstinadlar
Kateqoriya:Latviyada doğulanlar Kateqoriya:Latviyanın dövlət xadimləri Kateqoriya:Latviya azərbaycanlıları