Ermənistanın inzibati-ərazi bölgüsü 250px Epiqraf № Mərzlər Mərz mərkəzləri 1 Araqacotn mərzi Aştarak 2 Ararat mərzi Artaşat 3 Armavir mərzi Armavir 4 Geğarkunik mərzi Qavar 5 Kotayk mərzi Hrazdan 6 Loru mərzi Vanadzor 7 Şirak mərzi Gyumri 8 Sünik mərzi Kapan 9 Tavuş mərzi İcevan 10 Vayoc dzor mərzi Yeğeqnadzor 11 İrəvan İrəvan
7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən Ermənistan Respublikası inzibati cəhətdən 10 mərzdən və mərz hüquqlu İrəvan şəhərindən ibarətdir.Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18 Mərz (farsca: مرز, ermənicə: erm. մարզ) fars kökənli söz olub "sərhəd" deməkdir.Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III cild. Bakı, "Şərq-Qərb", 2006, s. 349mərz sözünün mənası - Azərbaycanın dilinin izahlı lüğəti Mərzlər mərzban (ermənicə: erm. մարզպետ, lat. marzpet) vəzifəsi daşıyan dövlət məmurları tərəfindən idarə edilir. Mərzbanlar Ermənistan Respublikası Hökumətinin təyini və Ermənistan Prezidentinin təsdiqi ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər. Ermənistan Respublikasının 27 noyabr 2005-ci il etibarı ilə qüvvədə olan konstitusiyasının I fəsil, XI maddəsinin I bəndinə əsasən mərzlər inzibati cəhətdən bələdiyyələrə bölünür.Հայաստանի Հանրապետության Սահմանադրություն (Ընդունվել է 1995թ. հուլիսի 5-ի ՀՀ հանրաքվեով.Սահմանադրության փոփոխությունները կատարվել են 2005թ. նոյեմբերի 27-ի ՀՀ հանրաքվեով.). Գլուխ 1. Սահմանադրական կարգի հիմունքները, Հոդված 12 - Հայաստանի Հանրապետության ՆախագահДействующая Конституция Республики Армения (принятая 27 ноября 2005 года в результате всенародного референдума) на официальном сайте Правительство Республики Армения Bələdiyyə başçıları yerli özünüidarə seçkiləri ilə ölkə vətəndaşları tərəfindən majoritar qaydada 4 il müddətinə seçilirlər. İrəvan şəhəri də inzibati cəhətdən bələdiyyələrdən ibarətdir. İrəvan şəhərinin meri şəhərin ağsaqqallar şurası tərəfindən seçilir. Ağsaqqallar şurasının üzvləri isə proporsional qaydada vətəndaşlar tərəfindən 4 il müddətinə seçilirlər. Ermənistan Respublikası Milli Statistika Xidmətinin 1 yanvar, 2011-ci ilə olan rəsmi məlumatına əsasən bu ölkədə qeyd edilən tarixə 915 bələdiyyə, inzibati cəhətdən bu bələdiyyələrə daxil olan 49 şəhər (İrəvan şəhəri daxil) və şəhər tipli qəsəbə, həmçinin 866 kənd mövcuddur.Հայաստանի Հանրապետության Ազգային վիճակագրության ծառայություն (): Հայաստանը թվերով, 2011 (): Հայաստանի Հանրապետության ընդհանուր բնութագիրը ()
Tarixi 9 sentyabr 1930-cu il tarixinə Ermənistan SSR 26 rayona və iki müstəqil inzibati vahidə (İrəvan və Leninakan şəhərləri) bölünürdü: Allahverdi rayonu Ağbaba rayonu Abaran rayonu Artaşat rayonu Ərtik rayonu Axtı rayonu Əştərək rayonu Basarkeçər rayonu Vedi rayonu Gorus rayonu Dilican rayonu İcevan rayonu Qafan rayonu Kirovakan rayonu Kotayk rayonu Martuni rayonu Meğri rayonu Nor Bəyazid rayonu Oktemberyan rayonu Sisian rayonu Stepanavan rayonu Talin rayonu Şəmşəddin rayonu Vağarşapat rayonu Dərələyəz rayonu
Mənbə
СССР. Административно-территориальное деление союзных республик на 1 мая 1940 года / Информ.-стат. отд. при Секретариате Президиума Верх. Совета СССР. - М. : Изд-во Ведомостей Верховного Совета РСФСР, 1940, стр. 248-249 СССР. Административно-территориальное деление союзных республик на 1 января 1951 года / Информ.-стат. отд. при Секретариате Президиума Верх. Совета СССР. - 7-е изд. - М. : Известия Советов депутатов трудящихся СССР, 1951. - XII, стр. 340-341
İstinadlar
Kateqoriya:Avropa ölkələrinin inzibati bölgüsü Kateqoriya:İnzibati vahidlər siyahıları