Vilyam Stenli Cevons () — ingilis iqtisadçısı, marjinalizmin nümayəndəsi
Həyatı Vilyam Stenli Cevons 1835-ci ildə Liverpul şəhərində anadan olmuşdur. O, İngiltərədə faydalılıq həddi nəzəriyyəsinin banisi olmuşdur. Qossen və Avstriya məktəbinin nümayəndələrindən fərqli olaraq Cevons hesab edirdi ki, subyektiv faydalılığın kəmiyyətcə müəyyən olunması və qiymətləndirilməsi yalnız əmtəə, xidmət və istehsal vasitələrinin bazar qiymətində təzahür edə bilməsidir. O, "fərqsizlik qanununu" yaradır. Bu qanuna görə "eyni bir bazarda, eyni bir vaxtda, eyni bir məhsula iki müxtəlif qiymət ola bilməz". Cevons 13 avqust 1882-ci ildə vəfat etmişdir.
Əsərləri Siyasi iqtisadın nəzəriyyəsi (1871)
İstinadlar
Kateqoriya:XIX əsr iqtisadçıları Kateqoriya:İxtiraçılar Kateqoriya:İqtisadi düşüncənin tarixi Kateqoriya:XIX əsr filosofları Kateqoriya:Britaniya iqtisadçıları Kateqoriya:Britaniya filosofları Kateqoriya:İngiltərə iqtisadçıları Kateqoriya:İctimai sahədəki yazıçılar Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri