Uppsala şəhəri — Uppsala vilayətinin paytaxtı və Stokholm, Göteborq və Malmödən sonra İsveç Krallığının dördüncü böyük şəhəridir. 2010-cu ilin məlumatına əsasən 140,454 nəfər əhalisi var idi.

Tarixi Qədim tarixə malik şəhər inkişafı boyu genişlənib, dəyişib və hazırda sakit idilliyalı orta əsrlər şəhərindən səsli-küylü müasir şəhərə çevrilib.

Coğrafiyası Uppsala şəhəri Stokholm şəhərindən 70 km şimalda Uppsala bələdiyyə ərazisində yerləşir.Lamiyə Əliyeva, Dünya universitetləri: Uppsala Universiteti , "Azərbaycan müəllimi" qəzeti, 29.04.2011, № 16.

Əhalisi 200 minə qədər əhalisi var.

Təhsil Bu şəhər Skandinaviyanın ən qədim ali təhsil mərkəzlərindən biridir. 1477-ci ildə əsası qoyulmuş Uppsala Universiteti Skandinaviyada ən qədim ali təhsil ocağıdır.

Din 1164-cü ildən İsveçin dini mərkəzi sayılır.

Nəqliyyat Şəhər çox da böyük olmayan əraziyə malikdir və burada ən geniş istifadə olunan nəqliyyat növü velosipeddir.

Abidələri Şəhərdə çoxlu sayda tarixi binalar, abidələr var. Qədim binaların əksəriyyəti Uppsala Universitetinin binalarıdır. Şəhərdə yerləşən qədim binalardan Uppsala kilsəsini, universitet kitabxanasını, kral Qustav Adolfun adını daşıyan Qustavianum, Stora Torget, Yohann Skittin adını daşıyan Skitteanum tikililərini qeyd etmək olar.

İstinadlar

Kateqoriya:İsveç şəhərləri