Premçand — hind yazıçısı, publisist. Urdu və hind dillərində yazmışdır. Premçand urdu və hind ədəbiyyatında tənqidi realizmin banisidir. İlk hekayələr kitabı ("Vətən məhəbbəti", 1909-cu il) Böyük Britaniya müstəmləkə orqanları tərəfindən yandırılmışdı. Müstəmləkəçiliyin, orta əsr geriliyinin, dini fanatizmin ifşası və mübarizəsi yaradıcılığının əsas mövzularıdır. "Məhəbbət xanəgahı" (1922-ci il), "Meydan" (1925-ci il), "Döyüş meydanı" (1932-c il), "Qurbanlıq inək" (1936-cı il) romanlarının, "Yeddi şanagüllə" (1917-ci il), "Döyüş yolu" (1932-ci il) hekayə toplularının və s. müəllifidir.
Mənbə ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 8
Kateqoriya:Hindistan yazıçıları