Ravi — Hindistanda və Pakistanda çay, Çinab çayının (Hind çayı hövzəsi) sağ qolu. Uzunluğu təqribən 725 km-dir. Himalay dağlarından başlanır. Pəncab düzənliyindən keçir. Yayda gursulu olur. Suvarmada istifadə edilir. Ravidən çoxlu suvarma kanalları çəkilmişdir. Lahor şəhəri Ravi çayı sahilində yerləşir.ASE, VIII cild, Bakı, 1984-cü il, səh. 56

İstinadlar

Kateqoriya:Hind hövzəsi Kateqoriya:Hindistan çayları Kateqoriya:Pakistan çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları Kateqoriya:Hindistan-Pakistan sərhədi