Sifilis — xroniki yoluxucu dəri zöhrəvi xəstəlik olub, gedişatında dərinin, selikli qişaların, daxili orqanların, sümük və sinir sisteminin zədələnməsi müşahidə olunur. Xəstəliyin törədicisi yarımnövündən olan spiraxetalardır ().
Tarixi Qədimdən sifilis xəstəliyi milli xüsusiyyətinə görə — "alman", "fransız" xəstəliyi kimi tanınırdı. Xəstəlik haqqında ilk yazılı məlumat 1530-cu ildə Paduan universitetinin həkimi Ciralomo Frakastro (1483–1553) tərəfindən yazılmış "Sifilis və ya Qalliya xəstəliyi" poemasında verilmişdir. Poema mifoloji süjetə malikdir. Sifilis ( — donuz, — həvəskar) adlı sadə bir donuzçu tanrıya meydan oxuyur ki, yerdəki tanrılar Olimp tanrılarından daha üstündürlərWilhelm Gemoll, Karl Vretska: Griechisch-Deutsches Schul- und Handwörterbuch. 9. Auflage. Hölder-Pichler-Tempsky, ISBN 3-209-00108-1.. Göy tanrıları bunun üstündə onu ağır azara salırlar ki, bu azar da onun adı ilə sifilis adlandırılmışdır. Daha sonra bu çoxmillətli xəstəlik yoluxucu olduğu üçün adlandırılırJ. M. Stowasser u. a.: Der Kleine Stowasser: Lateinisch-deutsches Schulwörterbuch. 2. Auflage. Hölder-Pichler-Tempsky, Wien 1987, ISBN 3-209-00225-8..
thumb|250px|Albrext Dürer: Bir sifilislinin təsviri (1496)
Haqqında Bir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və nəhayət, İİV (insanda immun çatışmazlıq virusu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollarından yoluxub pozulma əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər. Zöhrəvi xəstəliklərə adətən əxlaq qanunlarını pozaraq təsadüfi cinsi əlaqələrdə olan şəxslər yoluxurlar. Zöhrəvi xəstəliklərə yoluxmaqda alkoqolun da rolu böyükdür. Tədqiqatlarla müəyyən olunmuşdur ki, zöhrəvi xəstəliyə tutulanların 80 %- dən çoxu sərxoş olduqları vaxt yoluxmuşdur. Çünki sərxoş olan adamda qorxu, ehtiyat hissləri unudulur və seksual tələbatını təcili surətdə yerinə yetirmək istəyi yaranır ki, bu zaman o, müqabil tərəfin kim olduğuna əhəmiyyət vermədən onunla cinsi əlaqədə olaraq zöhrəvi xəstəliyə yoluxur. Qeyd etmək lazımdır ki, son onilliklərdə bizim ölkədə yumşaq şankr, dördüncü və beşinci zöhrəvi xəstəliklərə təsadüf olunmur.
Sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu xəstəliyin törədicisi qıvrım sapşəkilli hərəkətli solğun treponemadır. Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olurlar. Bu xəstəlik ən çox cinsi əlaqə yolu ilə yoluxduğundan onu (eləcə də cinsi əlaqə ilə yoluxdurulan başqa xəstəlikləri) zöhrəvi xəstəlik adlandırmışlar. Bu əslində sevgi xəstəliyi deməkdir, çünki Zöhrə qədim mifologiyada sevgi ilahəsidir. Sağlam şəxsin sifilislə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə birbaşa təması (cinsi əlaqə, öpüşmək və s), bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə, başqasının uşağına döşlə süd verməklə, bir papirosun bir neçə şəxs tərəfindən çəkilməsilə, tibbi müdaxilələrlə, müxtəlif dini adətlərlə (ziyarətə gələnlərin dini surətləri, mebrabları, bütləri öpmələr ilə) baş verir. Sifilisin cinsi əlaqədən kənar yolla yoluxmuş forması "məişət sifilisi" adlanır. Qaynadılmamış alətlərlə uşaqlıq güzgüləri, diş müalicəsində işlədilən alətlər və s. vasitəsilə də sifilis yoluxması baş verə bilər. Yoluxma yollarından biri də dölün ana bətnində yoluxmasıdır. Bu xəstəliyi keçirənlərdə sifilisə qarşı immunitet yaranmır və həmin şəxs təkrar olaraq sifilislə yoluxa bilər. Sifilis xəstəliyinin klinik gedişi bir-birini əvəz edən üç əsas dövrə bölünür. Bütün yoluxucu xəstəliklər kimi sifilisin də gizli dövrü olur. Bu dövr adətən 3–4 həftə, bəzən 9–11 gün, bəzən də 92 günə qədər ola bilər. Gizli dövrdə aparılan müalicə xəstəliyin inkişafını dayandırır, müalicəsinin daha təsirli olmasına və xəstənin tamamilə sağalmasına şərait yaradır. Elə buna görə cinsi əlaqədə və yaxud yaxın təmasda olduğu şəxsin sifilislə xəstə olduğunu bildikdə təcili surətdə müalicəyə başlamaq üçün həkim-dermatoveneroloqa müraciət etmək lazımdır.
Tarixi məlumat Sifilis 146 ada malikdir (ispan , italyan , fransız xəstəliyi) . «Sifilis» adı italyan həkimi və şairi Cirolamo (İeronimo) Frakastoronun (XVI əsr , Verona , Çiçəklənmə dövrü) , «Sifilis və ya О qall xəstəliyi» poemasının qəhrəmanı , «donuzlarla dostluğuna görə» (yunan dil. sys - donuz + philos – dost) , digər versiyaya əsasən – «allaha olan ədəbsiz tənələrə görə» allah tərəfindən cinsi orqanların xəstəliyi ilə cəzalandırılmış çoban Sifulusun adı ilə əlaqələndirilir .
Sifilisin mənşəyi haqqında 3 nəzəriyyə mövcuddur :
Amerikan– sifilis Avropaya 1492 – ci ildə K . Kolumbun Amerikanı kəşf etməsindən sonra dənizçiləri tərəfindən gətirilmişdir . Dənizçilərin yoluxması heyvandarlıqla məşğul olan , lamalardan yoluxan yerli əhali tərəfindən olmuşdur . Lamalarda spiroxetoz çoxdan məlum və sübut olunmuşdur . 1493 – cü ildə K. Kolumbun səyahətdən Vətənə qayıtması ilə İspaniyanın liman şəhərlərində sifilis xəstəliyi halları qeyd olunmağa başladı . Avropaya infeksiya 1497 – ci ildə Neapolu mühasirəyə almış kral Karl VIII- in aralarında ispanların da olduğu fransız muzdluları ilə yayılmışdır . Orduya yoluxmuş «qorxulu xəstəlik» səbəbindən Karl VIII Neapolun mühasirəsindən geri çəkilməyə , Avropanın digər ölkələrinə infeksiyanı yayan əsgərləri buraxmağa məcbur olmuşdur . ·vropa – Avropa , Asiya və Yaxın Şərq ərazilərində arxeoloji qazıntıların nəticələrinə əsaslı şəkildə sifilisin Avro – Asiya qitəsində tarixəqədərki zamanlardan mövcud olduğunu sübut edir . Afrikan – sifilisin vətənini Afrika hesab edən tərəfdarlar. T. Cocburn (1961 –ci il.) və E. Hudson (1963 –cü il.) nəzəriyyələrinə əsasən Afrikada geniş yayılmış olan tropik treponematozların törədiciləri (T.pertenue – frambeziyanın törədicisi , T.carateum – pintanın törədicisi, T. bejel/T. pallidum – bedjelin törədicisi ) və zöhrəvi sifilisin törədicisi eyni treponemanın növləridir . T. Cocburn və E. Hudson fikrinə əsasən endemik treponematozların təkamülü insan cəmiyyətinin inkişafı ilə sıx əlaqəlidir . Şəhərlərin yaranması , sivilizasiyanın artması ilə treponemanın məişət yolu ilə birbaşa ötürülmə mümkünlüyü əhəmiyyətli dərəcədə məhdudlaşmış və treponematoz zöhrəvi sifilis formasına keçmişdir .
Beləliklə, sifilisin ilk olaraq Mərkəzi Amerikada , Avro – Asiya qitəsində və ya Afrikada mı yaranması haqqındakı suallara cavab tapılmış olur . Aydın olan bir şey var ki , sifilis Yer kürəsində insanla eyni zamanda yaranmışdır .
Sifilidologiyanın tarixində tez- tez tədqiqatçıların cəsarəti və özünü qurban verməsi ilə əlaqəli bir çox əhəmiyyətli kəşf və müşahidələr olmuşdur . Lakin sifidologiyanın tarixində səhvlər, yanılmalar, insanlar üzərində onların həyatlarını və sağlamlıqlarını təhlükəyə ataraq təcrübə keçən tədqiqatçıların qeyri – etik davranışları da məlumdur. Beləliklə, bir neçə yüzilliklər ərzində sifilitik infeksiyanın mahiyyətinə iki baxış nöqtəsi olmuşdur . Birinə əsasən , sifilis və qonokokk infeksiyası eyni infeksiyanın müxtəlif təzahürü hesab olunur , digərinə əasasən – bu iki fərqli infeksiyadır . Birinci baxışın tərafdarlarını unitaristlər, ikincisini – dualistlər adlandırırdılar .
Bu mübahisələrə son qoymaq məqsədilə 1767 – ci ildə ingilis alimi D . Hanter (J. Hunter) qonorreyalı xəstədən götürülmüş irini öz uretrasına yeritmişdir . Bir neçə gündən sonra onda ifrazat , bir neçə həftə sonra – bərk şankr əmələ gəlmişdir . Burada üzücü yanlışlıq baş vermişdir : materialın götürüldüyü xəstə eyni zamanda həm sifilis , həm də qonorreyadan əziyyət çəkirmiş . Məşhur alim tərəfindən özünü qurban verməklə aparılmış bu təcrübə böyük təəssürat yaradır və sualın düzgün həllini uzunmüddətli ( 60 -70 ilə) gecikdirir . Yalnız 1838 –ci ildə J . Hunterin təcrübəsinə lazımi şərh verilir . Fransız alimi F . Rikor (F. Ricord) 1831 - dən 1837 - ci ilə qədər 26 zöhrəvi xəstədən alınan ifrazatı inokulyasiya yolu ilə ölümə məhkum edilmiş məhbuslara inokulyasiya edərək 700 nəfəri sifilisə və 677 nəfəri qonoreyyaya yoluxdurur . Unitaristlərin və dualistlərin mübahisəsi qəti şəkildə həll olunur . F. Ricordun aldığı nəticələr alimlər tərəfindən qəbul edilməyə bilməzdi , lakin həqiqəti açan bu təcrübələr təqdirə layiq hesab edilmir .
Zöhrəvi xəstəlik kimi sifilis infeksiyasının müstəqilliyi , törədicisi yalnız 1905 – ci ildə protozoloq F. Shaudin və veneroloq E. Hoffman tərəfindən rəngi zəif qəbul etməsi səbəbindən solğun spiroxetlər adlandırdıqları treponemanın kəşf olunmasından sonra qəbul olunmuşdur . Bununla da sifilisin etiologiyası haqqındakı sual həll olundu . Sifilidologiyada digər əhəmiyyətli kəşf A. Wassermanın A.Neisser və C. Bruck ilə birgə sifilisdə seroloji reaksiyanın – VR (Vasserman reaksiyası ) 1906 – cı ildə qoyulması ilə olmuşdur .
Birincili sifilis (syphilis primaria) Birincili sifilis – T. pallidumun daxil olduğu yerdə birincili manifest sifilitik infeksiyanın əlamətinin əmələ gəlməsi anından başlayır . Birincili dövrün orta davam etmə müddəti 6-8 həftədir . Sifilisin diaqnostikasının yalnız Vasserman reaksiyasının olduğu zamanlarda birincili sifilisi, şərti olaraq , birincili seroneqativ (syphilis prtimaria seronegativa )- birincili sifilisin ilk 3-4 həftəsi və birincili seropozitiv (syphilis primaria seropositiva )- birincili sifilisin sonuncu 3-4 həftəsi olmaqla bölürdülər . Lakin sifilisin seroloji diaqnostikasının alqoritminə treponemalı testlər daxil olduğu zamandan etibarən bu bölünmə öz zəruriliyini itirdi .
Birincili sifilisin kliniki əlamətləri
bərk şankr, sin. birincili sifiloma (ulcus durum, syn. syphiloma primarium) sifilitik regionar limfadenit sin. skleradenit, yanaşı gedən bubon (lymphadenitis syphilitica, syn. scleradenitis syphilitica, bubo-syphiliticus) sifilitik limfangit (lymphangitis syphilitica)
Bərk şankr Bərk şankr (ulcus durum ) – periferiyasında kəskin iltihabi əlamətlərin olmayan , əsasının ağrısız sərt infiltratlı , zəif seroz ifrazatlı , «laklanmış», hamar , çeçelə barmağın dırnağının (1 ,0 sm) ölçüsündə , nəlbəkiyəbənzər formalı xora və ya dairəvi formalı əksər hallarda tək-tək olan eroziyadır . Eroziv bərk şankrın sağalması izsiz nəticələnir , lakin xoralı forma – çapıq qoyur . Bərk şankr adətən cinsiyyət orqanın dərisində və selikli qişasında , nadir hallarda cinsiyyət orqanından kənarda – sağrı ,bud ,qasıq , qarnın dərisində lokalizasiya edir
Bərk şankrın gizli lokalizasiyaları da ola bilər : endouretral şankr , uşaqlıq boynu şankrı , düz bağırsaq şankrı , fimoza bənzər
Bərk şankrın növləri :
eroziv , xora təksaylı, çoxsaylı cırtdan (1-3 mm), nəhəng (1,5-2 sm və daha çox ) genital, ekstragenital çatlar (dildə , ağız bucağında , anal büküşlərdə) bipolyar – şankrların eyni zamanda bir birlərindən uzaq olan müdafiə səthlərində meydana gəlməsi , məsələn , cinsiyyət orqanının dərisində və selikli qişasında (genital şankr) və dodağın qırmızı kənarında (ekstragenital şankr)
möhür – şankrlar («öpüşən şankrlar») – toxunan səthlərdə şankrların lokalizasiyası , məsələn , budun iç səthi Müqayisədə çox nadir rast gəlinən bərk şankrın atipik formaları: şankr - amiqdalit (chancre-amygdalite) – eyni zamanda badamcıqların birtərəfli böyüməsi və hiperemiyalaşması , sərtləşməsi , səthinin zədəsiz olması (eroziyanın /xoranın iştirak etməməsi ) şankr – panarisium (chancre-digiti) – adətən sağ əlin birinci üç barmağında lokalizasiya edir və tez- tez ağrı və çoxlu irinli ifrazat ilə müşaiət olunan panarisiumun çürük formasına keçir.