Keti Friman—400 metr məsafəyə qaçış üzrə ixtisaslaşmış sabiq Avstraliyalı sprinter.
O, 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qadınların yarışında birinci olmuşdur. Keti Friman həmçinin 2000-ci ildə Yay Olimpiya Oyunlarında Olimpiadanın məşəlini də yandırmışdı. Friman 1990-ci ildə 16 yaşında ilk dəfə Aborigen Birlik Oyunlarının qızıl mükafatçısı olub. 1994-cü il onun karyerasının yüksəliş dövrü idi. Kanadada təşkil olunmuş 1994-cü il Birlik Oyunlarında, Friman 200 metr və 400 metrlik məsafələrin hər ikisində qızıl medal qazanıb. O, həmçinin 1996-cı il Olimpiya Oyunlarında gümüş medal qazanıb və 1997-ci il Dünya Çempionatında 400 metr məsafyə yarışlarda birinci olub. 1998-ci ildə zədə səbəbindən Friman qaçış yarışlarından bir müddət ayrıldı. O, idmana 1999-cu il Dünya Çempionatında 400 m məsafəyə yarışda birinci yeri tutmaqla qayıdıb. Keti Friman 2003-ci ildə karyerasını bitirdiyini elan edib.
İstinadlar
Xarici keçidlər
Keti Friman Rəsmi sayt Keti Friman Fondu Powerhouse Museum collection Avstraliyanın Yerli Təhsil Fondu
Kateqoriya:Avstraliya idmançıları Kateqoriya:Olimpiya qızıl medalına sahib idmançılar Kateqoriya:"Olimpiya" ordeni kavalerləri Kateqoriya:Bəhailər Kateqoriya:2000 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1996 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Olimpiya qızıl medalına sahib Avstraliya idmançıları Kateqoriya:2000 Yay Olimpiya Oyunlarında yüngül atletlər Kateqoriya:1996 Yay Olimpiya Oyunlarında yüngül atletlər